"Dövlət başçısı Ərdoğanın gənclərlə görüşü”

Dövlət başçısı Rəcəb Teyyub Ərdoğan İstanbul Ulduz Sarayı Silahhanəsində TRT ekranlarında canlı yayımlanan "Dövlət başçısı Ərdoğanın Gənclərlə görüşü" xüsusi buraxılışında Türkiyədə və dünyada baş verənlərlə əlaqədar gənclərin suallarını cavablandırıb.

454943

Bir gəncin "Hörmətli Prezident terror hadisələrinin, hücumlarinın ölkəmizin dincliyini və sabitliyini pozduğu bir vaxta yaşayırıq. Qalatasaray-Fənərbaxça matçı da təhlükəsizlik səbəbi ilə təxirə salındı. Sanki bizi istəməyən siyasət hökm sürür. Nələr etməliyik?" sualina Ərdoğan; Türkiyə 35 ildir terrorla mübarizə aparır.

Dövlət başçısı Türkiyənin Suriya, İraq və İranla geniş sərhəd zolağının olduğundan silahlıların girişinin qarşısının alınmasının çətin olduğunu vurğulayıb.

Cənub-şərqdə davam edən əməliyyatlara son günlərdə Ankarada və İstanbulda baş verən terror hadisələrini diqqətə çatdıran Ərdoğan, ölkənin cənub-şərq bölgəsində aparılan əməliyyatlarda evləridən xeyli silah-sursat aşkarlandığını bildirib.

Ərdoğan, Qalatasaray-Fənərbaxça yarışı məsələsinə dair fikrində bu matçın müəyyən bir vaxta qədər təxirə salındığını deyib

Dövlət başçısı Türkiyənin Avropa İttifaqına üzvlük mövzusunda birlik liderlərinin 1963-ci ildən indiyə qədər yersiz bəhanələr gətirərək, son illərdə isə ani siyasi qərarlar verməklə təşkilat üzvlərinin sayının 15-dən 28-i çatdığını bildirib.

Avropa İttifaqının Türkiyəyə qarşı səmimi davranmadığını vurğulayan Ərdoğan, Şengen mövzusunda Türkiyənin haqqının tapdalandığını deyib.

Әlaqәli Xәbәrlәr