İstanbuldakı terror hücumuna ölkə daxili reaksiyalar

TBMM-inin sədri:"sabitsizliyə sürümək, xalqı qorxu, təlaş və çaxnaşmaya sövq etmək, dövlət strukturlarını məşğul etmək, təhlükəsizlik güvvələrinin müvəffəqiyyətsizliyini göstərərək , millətin dövlətə olan etibarını itirmək istənildiyini" deyib.

454350
İstanbuldakı terror hücumuna ölkə daxili reaksiyalar

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, İstanbul Bəyoğlundaki baş verən terror hücumuna qarşı səsləndirdiyi fikirdə ölkəsini sabitsizliyə sürümək, xalqı qorxu, təlaş və çaxnaşmaya sövq etmək, dövlət strukturlarını məşğul etmək, təhlükəsizlik güvvələrinin müvəffəqiyyətsizliyini göstərərək , millətin dövlətə olan etibarını itirmək istənildiyini deyib.

İsmayıl Qəhrəman mesajında, "Keçmişdə bundan daha çətin günlər keçirən millətimiz bu çətinlikləri də qısa zamanda dəf edəcək. İsmayıl Qəhrəman partlayışda həlak olan vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə və əziz millətimizə başsağlığı və səbr, yaralılarımıza təcili şəfa dilədiyini"deyib.

Baş nazir Əhməd Davudoğlu da, canlı bombanın istiqlal prospektində reallaşdırdığı hücumdan sonra verdiyi müsahibədə, aralarında xarici ölkə vətəndaşlarının da hədəfə alındığını bildirib.

Davudoğlu, dinç insanları hədəfə alan mənfur hücumu reallaşdıran canilərin yırtıcı hərəkətlərini lənətlədiyin söləyib. Dərin kədər içində olduqlarını deyən Davudoğlu, həyatını itirənlərin ailələrinə baısağlığı verərək, yaralılara şəfa diləyib. Baş nazir Davudoğlu, hər cür terrora qarşı bu günə qədər olduğu kimi bundan sonra da eyni qətiyyətlə mübarizə aparacaqlarını deyib.

Baş nazirin müavini Numan Qurtulmuş, Türkiyənin terrora alışmayacağını, geriyə addım atmayacağını söyləyib.

“Bu millət terrorçuların heç birinə mükafat verməyəcək, qədim və əzəli qardaşlığını inşallah əbədi hala gətirəcək, qiyamətə qədər bu torpaqlarda birlikdə, sülh əmin amanlıq içində yaşayacaq." deyə qeyd edib.

Baş nazirin müavini Yalçın Akdoğan Bəyoğlundaki terror hücumu ilə bağlı "Günahsız vətəndaşları qətl etmək insanlığa qarşı üsayandır, terroru lənətləyirəm" deyə fikrini bildirib.

Baş nazir müavini Məhmət Şimşək, Beyoğlu İstiqlal Prospektindəki terror hücumu ilə bağlı "Terrorun məqsədi Türkiyədə sabitliyi pozmaq və Tükiyənin ətrafında baş verənlərə qarşı təsirinə maneə törətməkdir." deyə vurğulayıb

İstanbul Bəyoğlundaki terror hücumuna müxalifət partiyalarından da sərt reaksiya gəlib.

CHP sədri Kamal Kılıçdaroğlu, "Terror kimdən gəlirsə gəlsin, haradan gəlirsə gəlsin lənət oxumaq hamımızın ortaq vəzifəmizdir." söyləyib.

MHP lideri Dövlət Baxçəli isə "MHP-nin terror və terrorizmlə mübarizədə milləti və dövləti ilə yan yanadır" şərhini verib.

HDP partiyasından da İstiqlal Prospektindəki canlı bomba hücumu ilə bağlı açıqlama yayılıb. "Vətəndaşlarımızın, hər gün və hər saatda işinə getdiyi, alver etdiyi bir yerde edilən bu hücum, kim tərəfindən edilirsə edilsinn əsla qəbul edilə bilməz" deyə qeyd edilib.

Keçmiı prezident Abdullah Gül də, İstanbuldakı hücumla bağlı ictimai mediada şərh verib.

Twitter hesabından hadisəni qınayan Gül, "Vətəndaşları hədəfə alan terror hücumunu lənətləyirəm" şərhini verib.



Әlaqәli Xәbәrlәr