Egey dənizində 1734 qeyri-qanuni immiqrant tutuldu

Sahil Təhlükəsizlik Komandanlığı və Jandarma Baş İdarəsinin İzmir Dikili körfəzində ortaq əməliyyatlar təşkil ediblər

453765
Egey dənizində 1734 qeyri-qanuni immiqrant tutuldu

Avropaya qeyri-qanuni yollarla keçməyə çalışan 1734 adam Egey dənizində saxlanılıb.

Havadan təsbit edilən immiqrantlar quru və dənizdən hərəkətə keçən Sahil Təhlükəsizlik Komandanlığı və Jandarma Baş İdarəsinin İzmir Dikili körfəzində ortaq əməliyyatlar təşkil ediblər.

8 ayrı-ayrı nöqtədə edilən əməliyyatlar təyyarə və gəmi dəstəyi ilə də təmin olunub. Qeyri-qanuni immiqrantların Avropaya keçidinə maneə törədilib. 2-si Ukrayna vətəndasşı olmaqla 16 insan qaçaqçısı tutulub. Uğurlu əməliyyat nəticəsində həm də bir immiqrant faciəsinin qarşısı alınmış olub.



Әlaqәli Xәbәrlәr