PKK-ya qarşı ǝmǝliyyat

Təhlükəsizlik qüvvǝlǝrinin PKK terror tǝşkilatına qarşı ǝmǝliyyatı davam edir.

453037
PKK-ya qarşı ǝmǝliyyat

Təhlükəsizlik qüvvǝlǝrinin PKK terror tǝşkilatına qarşı ǝmǝliyyatı davam edir.

Hakkari vilayǝtinin Çuxurca qǝsǝbǝsi Blat kǝndi yaxınlığında, təhlükəsizlik qüvvǝlǝri terrorçulara qarşı ǝmǝliyyat keçirib.

Təşkilat üzvlǝrinin sığınacağından 23 tüfǝng vǝ müxtǝlif adda silah-sursat ǝlǝ keçirilib.

Mardinin Dǝrik bölgǝsindǝ də, yerli sakinlǝrdǝn verilǝn xǝbǝrǝ uğun olaraq təhlükəsizlik güvvǝlǝri, növbǝti ǝmǝliyyatını tǝşkil edib.

Əməliyyatda partlayıcı qurğuların istehsalında istifadə edilən 2 ton 850 kq ammonium nitrat vǝ xeyli miqdarda ǝrzaq ǝlǝ keçirilib.

Təhlükəsizlik qüvvəlǝri, Әlazığ, Tunceli Mərkəz, Pülümür və Pertek rayonlarında 9 ayrı-ayr ünvanda eyni zamanda təşkil etdiyi əməliyyatda isə, 7 nǝfǝri '' terror təşkilatı ilǝ ǝmǝkdaşlıqda" şübhǝli bilǝrǝk nəzarət altına alıb.

Aparılan axtarışlarda, 1 tapança darağı, xeyli sayda rəqəmsal vəsait və təşkilatın sənədlǝri ǝlǝ keçirilib.

Qırşǝhǝrdǝki əməliyyatda da, Xalqların Demokratik Partiyası rəhbərlǝrinin də aralarında olduğu 6 nǝfǝr, terror təşkilatını təbliğ etdikləri ittihamı ilə saxlanılıb.

İstanbul Sarıyer və Böyükçǝkmǝcǝdǝ dǝ terror təşkilatı PKK-ya qarşı aparılan polis əməliyyatında da bəzi şübhəli şǝxslǝr nəzarət altına alınıb.



Әlaqәli Xәbәrlәr