‘‘Terrora qarşı mübarizǝmizi qǝtiyyǝtlǝ davam etdirǝcǝyik’’

Bu sözlәri Baş nazirin müavini və hökumət nümayǝndǝsi Numan Kurtulmuş TÜSİAD-ın nimayәndә heyәtini qәbulu zamanı deyib.

452264
‘‘Terrora qarşı  mübarizǝmizi qǝtiyyǝtlǝ davam etdirǝcǝyik’’

Bu sözlәri Baş nazirin müavini və hökumət nümayǝndǝsi Numan Kurtulmuş TÜSİAD-ın nimayәndә heyәtini qәbulu zamanı deyib.

Baş nazirin müavini və hökumət nümayǝndǝsi Numan Kurtulmuş: "Bizə bu terror hücumları ilə kimlərin nə mesaj verdiyini çox yaxşı anlayırıq. Bu səbəbdən onların inadına Türkiyə daha demokratik ölkə olacaq vǝ islahat istiqamətindəki addımlarımıza sürətlə davam edəcəyik. İnşallah birlikdə ölkəmizi bu xaosdan çıxaracağıq" deyib.

Kurtulmuş Türk Sənayeçiləri və İş Adamları Dərnəyi (TÜSİAD) İdarə Heyətinin sədri Cansen Başaran Saymesin başçılıq etdiyi nümayəndə heyətini Çankaya Köşkündəki ofisindǝ qəbul edib.

Ölkənin son dərəcə çətin və həssas bir dövrdən keçdiyini bildirən Kurtulmuş Türkiyənin iyulun 22 dǝn etibarǝn sistematik bir terror, şiddət hücumu ilə qarşı-qarşıya olduğunu bildirib.

Kurtulmuş bütün terror təşkilatlarının arxasında dayanan güclǝrin kəşfiyyat, logistika vǝ siyasi dəstəkləri ilǝ Türkiyənin üzərinə gəldiyini vurğulayıb.

Kurtulmuş : "Bu sistematik bir hücumdur. Terrora qarşı mübarizǝmizi qǝtiyyǝtlǝ davam etdirǝcǝyik.Bu hücumun hǝdǝfindǝ bǝlli bir qrup deyil cǝmiyyǝtin hǝr tǝbǝqǝsidir bütün millǝtimizdir" deyib.

Kurtulmuş separatçı təşkilatların Türkiyənin demokratik standartlarına kölgǝ salmaq niyyǝtindǝ olduqlarını qeyd edib.

Terrora qarşı bütün cəmiyyət təbəqələrinə müraciət edən Baş nazir müavini:

"Hər kəs terror qarşısında öz reaksiyasını göstǝrmǝlidir. Bütün dost qardaş ölkǝlǝrinin Türkiyǝnin yanında olmasını arzulayırıq" deyib.



Әlaqәli Xәbәrlәr