13 mart Ankara hücumunu PKK boynuna götürüb

Əhməd Davudoğlu, həyat yoldaşı Sare xanım və millət vəkilləri Ankaradakı terror hücumunun yaşandığı Kızılay Meydanına baş çəkib

452927
13 mart Ankara hücumunu PKK boynuna götürüb

13 martda Ankarada 35 adamın ölümü ilə nəticələnən terror hücumundan sonra nəzarətə alınan 14 adamdan 4-ü sərbəst buraxılıb.

Azad edilən 4 şübhəli hücumda istifadə avtomobilin satışıyla əlaqədar Şanlıurfada nəzarətə alınanlar olub. Digər 10 şübhəlinin isə Ankara Əmniyyət İdarəsi Terrorla Mübarizə Şöbəsində istintaqı gedir.

Əmniyyət İdarəsi səlahiyyətlilərinin verdiyi məlumata görə, PKK-nın bir qolu olan TAK hücumu boynuna götürüb, təcavüzkarın da "Doğa Jiyan" kod adlı Seher Çağla Demir olduğunu qəbul edib.

Bu arada, Baş nazir Əhməd Davudoğlu, həyat yoldaşı Sare xanım və millət vəkilləri Ankaradakı terror hücumunun yaşandığı Kızılay Meydanına baş çəkib, hadisə yerinə qərənfillər qoyublar.



Әlaqәli Xәbәrlәr