“Suriyadakı vətəndaş müharibəsindǝn ǝn çox ǝziyyǝt çǝkǝn ölkə Türkiyədir”

Avropa İttifaqı işlǝri üzrǝ nazir Volkan Bozkır, böyük qaçqın axınına sǝbǝb olan Suriya böhranının, terrorizmin Türkiyəyə vǝ dünyaya yayılmasına sǝbǝb göstǝrilǝ bilǝcǝyini bildirib.

452148
“Suriyadakı vətəndaş müharibəsindǝn ǝn çox ǝziyyǝt çǝkǝn ölkə Türkiyədir”

Nazir Bozkır, Qaziantǝpdə verdiyi müsahibǝdǝ, Suriyada yaşanan vətəndaş müharibəsindǝn ǝn çox ǝziyyǝt çǝkǝn ölkənin Türkiyə olduğunu bir daha söylǝyib.

Gaziantǝp dǝ daxil olmaqla, bölgəlǝrin Suriyalı qonaqlara göstərdiyi qayğı, təmin etdiyi imkanlar və dinclik mühitinin yaradılmasının hər zaman dünya ictimaiyyətinə xatırlanacağını vurğulayan Bozkır, tarix qarşısında çox əhəmiyyətli bir imtahandan Türkiyə Respublikasının və vətəndaşlarının, müvəffəqiyyətlə keçdiyini bildirib.

Jurnalistlərin suallarını da cavablandıran Bozkır, İngiltərədə nümayiş olunan qəzetlǝrdǝn birinin "qaçqın böhranı səbəbiylə Avropa Ittifaqı ilə Türkiyə arasındakı əlaqələrin təhlükədǝ olduğu" sualına da cavab verib.

“Türkiyə ilə Avropa İttifaqı əlaqələri, Avropada bəzi qəzetlərdə verilǝn xəbərlərlǝ üst-üstǝ gǝlmir. Sabah axşam hörmətli başbakanımızla Brüsselə gedəcəyik. 28 ölkənin qatılacağı tǝdbir ǝrǝfǝsindǝ qəzetlərdə müxtəlif xəbərlər çıxa bilər. İngiltərə ilə əlaqələrimiz son dərəcə yaxşıdır, Türkiyə Avropa İttifaqı tǝrǝfindǝn dǝ dǝstǝlǝnǝ bir ölkǝdir. Bu səbəbdən biz o perspektivdən baxırıq" deyǝ Bozkır vurğulayıb.



Әlaqәli Xәbәrlәr