Türkiyənin əzmkarlığı

"Türkiyə PKK ilə də, DAEŞ-lə də mübarizəni davam etdirəcək!" İbrahim Kalın, Türkiyə Dövlət Aparatı (Cümhurbaşkanlığı) sözçüsü

451279
Türkiyənin əzmkarlığı

Türkiyə kürd vətəndaşları da daxil olmaqla bütün insanlarını qorumaq üçün PKK ilə mübarizəni sürdürəcək, eyni zamanda, DAEŞ-ə qarşı qurulan koalisiyanın aktiv bir üzvü olmağa davam edəcək.

13 martda Ankarada törədilən terror son aylar silsilə hücumların bir nəticəsidir. Türkiyə bir tərəfdən DAEŞ-ə, digər tərəfdən PKK-ya qarşı mübarizəni dərinləşdirdikcə beynəlxalq terrorizmin hədəfi olub. Bu cür hücumların yaratdığı xaos və terrora baxmayaraq, Türkiyə terror siyasətinə təslim olmayacaq! Türkiyənin müqaviməti və əzmkarlığı bu təhdidi dayandırmaq və yox etməyə qadirdir!

DAEŞ və PKK tərəfindən təşkil edilən bu hücumlar 5 ildir davam edən Suriya vətəndaş müharibəsinin əks-sədasıdır. DAEŞ Türkiyə-Suriya sərhədi boyu koalisiya gücləri tərəfindən sıxışdırıldıqca Türkiyə üzərinə təzyiqi artırır, qəsəbə və şəhərlərinə hücum edir.

Hazırda DAEŞ Türkiyəni açıq şəkildə özünə düşmən və yeni hədəf elan seçib. Hətta təşkilatın internet saytları Türkiyəni və dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı İslam düşməni kimi tanıdır. PKK da ona bənzər taktika yürüdür. Diyarbəkir, Hakkari, Şırnak və Mardin kimi cənub-şərq ellərində küncə sıxışdıqca hücumlarını Ankara və digər böyük şəhərlərə yönəldir. Niyyətləri bu hücumlarla xalqa böyük qorxu və təşviş aşılamaq, eyni zamanda, hökumətin PKK-ya qarşı apardığı anti-terror əməliyyatlarını yarımçıq qoydurmaqdır. Amma Türkiyə nə DAEŞ-dən, nə də PKK-dan gələn təhdidlərə boyun əyməyəcəkdir!

Qərb dünyası DAEŞ və PKK-nın Suriyadakı davamı PYD-nin silahlı qolu YPG-yi bir-birlərinə qarşı döyüşür kimi göstərsə də, əslində hamısı Türkiyəyə qarşı birlikdə hərəkət etməkdədir. İki terror təşkilatı da Türkiyəni “yola gətirmək” üçün bənzər metod və taktikalar həyata keçirir, çox sayda insan öldürür, öz tələblərini qəbul etdirmək, siyasi mövqe və ictimai fikri dəyişdirməyi düşünürlər.

Biz ölülərimizin yasını tutsaq da, yaralılarımız və ailələriylə başımız nə qədər qarışsa da, bütün bunların davam etməkdə olan Suriya vətəndaş müharibəsi və PKK-nın mənfəətləri üçün istifadə olunduğunu açıq-aşkar görürük.

Ankara neçə vaxtdır bütün dünyanı təkcə özü deyil, Yaxın Şərq və Avropa üçün də xəbərdar edir: Suriya vətəndaş müharibəsinin yayılmasından narahatlığını bildirir. Beynəlxalq cəmiyyətin Suriya xalqını qorumaq və ölkədə axan qanı dayandırmaqda aciz olduğunu nəzərə alsaq, DAEŞ terrorunun Belçika, Fransa və Tunisdən başqa da hər yerə sıçraması labüddür.

Artıq Suriyadan yola çıxan qaçqın böhranı Avropada böyük bir problemə çevrilib. Mühacir axını necə və nə zaman dayanacaq? Bu, Türkiyə, Yunanıstan, Brüssel və Avropa üçün cavablandırılması zor bir sualdır.

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun avropalı liderlərlə müzakirələri Suriyadan Avropanın bütün bölgələrinə yayılan qaçqın axınını idarə etmək üçün böyük bir şansdır. Amma problem Türkiyə və Yunanıstan adaları ilə deyil, Suriya ilə bağlıdır.

Ankaranın PKK ilə əlaqədar narahatlığı bir daha təsdiqini tapdı. Bir çox Qərb şərhçiləri PKK-nın öz mənfəətləri üçün Suriya vətəndaş müharibəsini necə manipulyasiya etdiyini görüb özlərini görməməzliyə vurur. Buna “DAEŞ-lə mübarizə” deyirlər. Halbuki gerçək budur ki, PKK Türkiyədəki sülh prosesini sabotaj edib və Suriyadakı qiyamdan yararlanmaq axtarışına çıxıb. PKK liderlərinin ötən il söylədikləri kimi, “Suriya savaşı davam etdikcə PKK silahını yerə qoymayacaq”. Niyə? Çünki PKK Suriyadakı vətəndaş müharibəsindən Türkiyə dövlətinə qarşı silahlı mübarizə üçün xilasedici bir bəhanə kimi istifadə edir. PKK Suriyada DAEŞ-lə mübarizə bəhanəsi adı ilə terror fəaliyyətlərini sürdürür, güclənir, özündə cəsarət tapır. Türkiyədə fəaliyyət göstərən PKK terrorçularının Suriyada PYD idarəsindəki bölgələrdən vəsait dəstəyi aldığı artıq kimsəyə sirr deyil.

Qəribədir ki, bəziləri Türkiyənin Suriya vətəndaş müharibəsi və DAEŞ-lə mübarizə çərçivəsində PKK problemini gündəmə gətirməsini tənqid edir. Hətta Türkiyəni diqqətləri DAEŞ-lə mübarizədən PKK-ya yönəltməkdə təqsirləndirirlər. 17 fevral, 13 mart və digər hücumlar Türkiyədə PKK təhlükəsinin ölçülərini ortaya qoyur.

Türkiyənin təhlükəsizliyinə ciddi bir təhdid olan PKK problemini duyurmaq DAEŞ-lə mübarizə etməmək anlamına gəlmir. Əksinə, Türkiyə PKK və DAEŞ-in ikisinin də eyni qədər təhlükəli olduğunu vurğulamaqda haqlıdır, çünki ikisi də öz maraqları üçün Türkiyəni hədəfə alır. Bəzilərinin bu sadə həqiqəti görməkdən vaz keçməsi utandırıcıdır.

1980-90-cı illərdə dünya səviyyəsində Əl-Qaidə kimi terror təhdidləri varkən Böyük İngiltərə Krallığı yalnız İrlandiya Respublika Ordusu (IRA) terrorizminə fokuslanır və kimsə buna qarşı çıxmır. Dünya digər terror təhdidlərinə yönəlmiş olduğu halda İspaniya Bask Vətəni və Azadlıq (ETA) terroruna qarşı haqlı mübarizə aparır. PKK və DAEŞ mövzularında Türkiyənin mövqeyi də bu nümunələrdən fərqli deyil. Qərb PKK-nın yalnız Türkiyəni hədəfə alması və hücum etməsinə əhəmiyyətsiz bir təhlükəsizlik təhdidi kimi baxır və ya özünü görməməzliyə vurur.

Beləliklə, Türkiyə kürd vətəndaşları da daxil olmaqla, insanlarını qorumaq üçün PKK ilə mübarizəni sürdürəcək, eyni zamanda, DAEŞ-ə qarşı qurulan koalisiyanın aktiv bir üzvü olmağa davam edəcək. Yalnız DAEŞ-ə fokuslanmaq PKK terroruna qarşı gözləri bağlamaq üçün bir bəhanə ola bilməz. Ankara müttəfiqlərini terrorun bütün törəmələrinə qarşı birlikdə mübarizə aparmağa çağırdığı üçün sonuna qədər haqlıdır.



Әlaqәli Xәbәrlәr