Davudoğlu David Cameron ilə telefonla danışıb

Baş nazir Əhməd Davudoğlu, İngiltərəli hǝmkarı David Cameron ilə telefonla danışıb.

451361
Davudoğlu David Cameron ilə telefonla danışıb

Baş nazir Əhməd Davudoğlu, İngiltərəli hǝmkarı David Cameron ilə telefonla danışıb.

Cameronun tǝklifi ilǝ baş tutan danışıqda, Ankaradakı terror hücumu ilǝ yanaşı Martın 17-dǝ Türkiyə-Avropa Birliyi (AB) arasında prinsip razılaşmasının detalları da müzakirǝ edilib.

Cameron, Davutoğluna Ankaradakı terror hücumu ilǝ bağlı başsağlığını çatdırıb və hadisə ilǝ əlaqədar məlumat mübadiləsi dǝ daxil olmaqla İngiltərənin dəstəyini tǝklif edib.

Baş nazir Davudoğlu bunu məmnuniyyətlə qarşıladığını və Türkiyǝ hökumətinin İngiltərə səfirliyi ilə əlaqədǝ olduğunu söyləyib.

Qeyd edǝk ki, Brüsseldə keçən həftə keçirilǝn Türkiyə-AB sammiti görüşündə, hǝr iki baş nazir, bu həftə keçiriləcək Avropa Şurası konfransında mǝsǝlǝ ilǝ bağlı eyni fikirdə olduqlarını bildiriblǝr.



Әlaqәli Xәbәrlәr