R.T.Ərdoğan:"Türkiyənin karşısında heç bir maneə dayana bilməz"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkə daxilində və xaricində Türkiyəyə bədəl ödətdiklərini zənn edənlərin özlərinin əsas bədəli ödəyəcəklərini söyləyib.

450771

Ərdoğan deyib ki, Türkiyənin karşısında heç bir maneə dayana bilməz. Terroru məhv edəcəğimizə inanıram.

Dövlət başçısı 14 Mart Tıbb bayramı münasibəti ilə keçirilən tədbirdə paytaxt Ankarada dünən həyata keçirilən xain terror hücumunu dəyərləndirib. Ərdoğan, Kızılayın adi bir yer olmadığını, simvolik bir mərkəz olduğunu vurğulayaraq deyib ki, hücumların özəl hədəfləri olduğu görüldü.

Dövlət başçısı qeyd edib ki, Kızılaydakı hücum hər hansı bir qrupa yönəldilməyib. Bir başa ictimaiyyətin tamamına istiqamətli hücum olduğuna görə terror təşkilatının gerçək üzünü göstərən bir hadisədir.

Dövlət başçısı Ərdoğan bir millətin hamısına savaş açaraq qazanan bir terror təşkilatı olmadığını söyləyərək Türkiyənin önünü heç kəsin kəsə bilməyəcəyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr