Ankara Kızılaydakı xain terror hücumunda ölǝnlǝrin sayı artıb

Səhiyyə naziri Mehmǝt Müǝzzinoğlu, Ankaradakı terror hadisǝsi zamanı 37 nǝfǝrin həyatını itirdiyini açıqlayıb.

450179
Ankara Kızılaydakı xain  terror hücumunda ölǝnlǝrin sayı artıb

Müezzinoğlu, ölənlərdən ən az birinin kamikadze olduğunu qeyd edib.

Nazir Müǝzzinoğlu, 14-ü ağır olmaqla 71 yaralının müalicəsinin davam etdirildiyini söylǝyib.

Bu arada Çankaya Köşkündə Baş nazir Əhməd Davudoğlunun başçılığı ilǝ təhlükəsizlik toplantısı keçirilib.

Mǝrasimdǝn sonra, Səhiyyə naziri Mehmet Müǝzzinoğlu ilə birlikdə, Daxili İşlər naziri Efkan Ala da jurnalistlǝrǝ müsahibǝ verib.

Nazir Ala, dinç vətəndaşları hədəfǝ alan terror hücumunu lənətlədiyini söyləyib.

''Məqsədlərinə çata bilməyəcəklərini'' deyən Ala, bu hücumların, millətin əzm və qüdrǝtini ortadan qaldıra bilmǝyǝcǝyini bildirib.

Hücumla əlaqədar istintaqın əhatəli şəkildə aparıldığını deyǝn Daxili işlǝr naziri Efkan Ala, terrorla mübarizənin qətiyyətlə davam edəcəyini söylǝyib.

Nǝzǝrinizǝ çatdıraq kı, hadisǝ zamanı Qızılay meydanının Güvenparkında avtobus dayanacağında avtomobilǝ yerlǝşdirilǝn bombanın partlaması sǝbǝbindǝn, xeyli sayda avtomobil yanıb, ətrafdakı binalara da zərər dǝyib.

Hadisədǝn sonra baş yerǝn yanğın qısa müddət ǝrzindǝ söndürülüb.

Qızılay bölgəsinǝ helikopterlǝrlǝ dǝ nǝzarǝt edilir.

Ankaranın polis vǝ prokurorluq orqanları hadisǝnin araşdşrılması üçün güclǝndirilmiş iş rejimi ilǝ çalışırlar.



Әlaqәli Xәbәrlәr