"Aİ" miqrant böhranı üzərindən Türkiyəni yenidən kəşf etdi”

“Avropa İttifaqı (Aİ), miqrant böhranı üzərindən Türkiyəni yenidən kəşf etdi”. Bunu Baş nazir müavini Numan Kurtulmuş deyib.

449600
"Aİ" miqrant böhranı üzərindən Türkiyəni yenidən kəşf etdi”

Millət vəkillərinin toxunulmazlıqlarının qaldırılması, yeni konstitusiya , Türkiyə ilə Aİ arasında davam edǝn Suriyalı miqrantlar ilǝ bağlı danışıqlar haqda bir televiziya kanalına müsahibǝ verǝn Numan Kurtulmuş bǝzi millǝt vǝkillǝrinin doxunulmazlıqlarının qaldırıla bilǝcǝyini bildirib.

Terrora qarşı mübarizǝnin davam edǝcǝyini ifadǝ edǝn Kurtulmuş; terror təşkilatı PKK-nın xaricdǝn qidalandığını, terrora dǝstǝk verǝn xarici qüvvǝlǝrin bu coğrafiyanı parçalamaq istǝdiklǝrini qeyd edib. Yeni konstitusiyanın hazırlanması ilǝ bağlı görülǝn işlǝrǝ dǝ toxunan Kurtulmuş, İndiyə qədər Türkiyədə konstitusiyanın, gücǝ hökm edǝnlǝrin istǝklǝri istiqamǝtindǝ yazıldığını, bu sǝbǝblǝ yeni konstitusiya hazırlamanın vacib olduğunu, milli iradəyə sahib olan məclisin, bu işin öhdǝsindǝ uğurla gǝlǝcǝyini vurğulayıb.

Suriyalı miqrantlar mövzusuna da toxunan Kurtulmuş, Türkiyənin qaçqınları qǝbul edǝrkǝn onların etnik vǝ dini inançlarını nǝzǝrǝ almadığını, mǝsǝlǝyǝ hümanitar yaxınlaşdığını qeyd edib.



Әlaqәli Xәbәrlәr