Türkiyǝyǝ sığınan suriyalı sayı
Baş nazirin müavini Yalçın Akdoğan Türkiyǝdǝki suriyalı sayının 2 milyon 733 min 784 olduğunu açıqlayıb.
![Türkiyǝyǝ sığınan suriyalı sayı](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/6c48/f385/690c/56e1e205c5554.jpg?time=1719013150)
Baş nazirin müavini Yalçın Akdoğan Türkiyǝdǝki suriyalı sayının 2 milyon 733 min 784 olduğunu açıqlayıb.
Akdoğan 26 müvǝqqǝti sığınacaq mǝrkǝzindǝ yaşayan suriyalı sayının isǝ 282 min 815-ǝ çıxdığını söylǝyib.
Özünün “twitter" sǝhifǝsindǝn açıqlama yayan Akdoğan bildirib ki, Türkiyǝ ǝxlaqi vǝ vicdani mövqey ortaya qoydu, insanlığın ölmǝdiyini bütün dünyaya göstǝrǝrǝk tarixdǝ yer aldı.
Yalçın Akdoğan Suriyada siyasi nüfuz mübarizǝsi aparan ölkǝlǝrin dǝ yaşanan humanitar böhran mǝsǝlǝsindǝ hansı addımları atdığı ya da atmadığının da tarixdǝ öz yerini tutduğunu deyib.
Baş nazirin müavini Akdoğan mǝktǝblǝri, xǝstǝxanaları , uşaqları vǝ günahsız insanları bombalayanlardan humanitar böhranın hǝllinǝ ortaq olmasını gözlǝmǝyin dǝ boş olduğunu vurğulayaraq deyib ki, hǝr ölkǝ özünǝ yaraşanı yerinǝ yetirir. Biz yaşatmağın, yaraları sarmağın tǝrǝfdarı olmağı davam etdirǝcǝyik.
Әlaqәli Xәbәrlәr
![“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/d70c/b012/6827/6675746308657.jpg?time=1719013150)
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
![“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi](http://cdn.trt.net.tr/images/medium/rectangle/cb09/0bb8/be30/667528251ad6f.jpg?time=1719013150)
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...