Yunanıstanın Baş naziri Türkiyədədir

Türkiyə - Yunanıstan 4-cü Ali Əməkdaşlıq Yığıncağındandan sonra Davudoğlu və Çipras ortaq mətbuat konfransında çıxış ediblər

447105
Yunanıstanın Baş naziri Türkiyədədir

Brüsseldə bazar ertəsi reallaşan Avropa İttifaqı - Türkiyə zirvə toplantısından geri qayıtdıqdan bir gün sonra – martın 8-də Türkiyənin Baş naziri Əhməd Davudoğlu Yunanıstan Baş naziri Aleksis Çiprası İzmirdə qarşılayıb.

Türkiyə - Yunanıstan 4-cü Ali Əməkdaşlıq Yığıncağından sonra təkbətək görüşən Davudoğlu və Çipras sonra İzmirdəki Baş Nazirlik binasında təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər.

Davudoğlu Türkiyə ilə Yunanıstanın immiqrant böhranında eyni taleyi bölüşdüklərini ifadə edərək deyib: "Egey dənizini günahsız insanların həyatlarını itirdiyi bir dram dənizi deyil, Türkiyə və Yunanıstan arasında xoşbəxtliyin paylaşıldığı bir dəniz olaraq görmək istəyirik".

İzmir-Afina-Ankara arasında hava yolu nəqliyyatının başlanacağı müjdəsini verən Davudoğlu onu da bildirib ki, "Egey dənizinin hər iki yaxası üçün sərmayələr qoyulacaq. İzmirlə Selanik arasında bərə səfərləri təşkil olunacaq. Selaniklə İstanbul arasında sürət qatarları inkişaf etdiriləcək. İki paytaxt arasında birbaşa hava yolu əlaqəsinin olması üçün Türkiyə Hava Yolları Ankara - Afina arasında hava nəqliyyatını ən qısa müddətdə başlayacaq".

Davudoğlu iki ölkə arasındakı 6 milyardlıq ticarət həcminin 10 milyard dollara çıxması üçün imkanları müzakirə etdiklərini bildirib.

Yunanıstan Baş naziri Aleksis Çipras da öz növbəsində çıxış edərək deyib: "On minlərlə immiqrantın Avropaya köç etməsinin səbəbi Yunanıstan və Türkiyə deyil. Buna görə qaçqın böhranında Türkiyə və Yunanıstan məsuliyyət daşımır. Suriyada həqiqi atəşkəs olmalıdır."

Kipr (Kıprıs) məsələsinin də ədalətli şəkildə həll ediləcəyinə ümid bəslədiyini bildirən Çipras Türkiyənin Avropa İttifaqı üzvlüyü ilə bağlı bunları deyib: "Türkiyənin Avropa İttifaqına üzvlüyünə Yunanıstan hər zaman tərəfdardır. Türkiyənin üzvlüyü həm demokratik islahatlar, həm də bölgəmiz üçün əhəmiyyətlidir".



Әlaqәli Xәbәrlәr