Türkiyə ilə Aİ arasında əlaqələr tamam başqa məcraya dönüb

İlk dəfə olaraq Azez - Cerablus xəttində neytral etibarlı bölgənin yaradılması fikri mətnlərə daxil olub

447091
Türkiyə ilə Aİ arasında əlaqələr tamam başqa məcraya dönüb

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Brüsseldəki Türkiyə - Avropa İttifaqı (Aİ) Sammitində ilk dəfə olaraq Azez - Cerablus xəttində neytral etibarlı bölgənin yaradılması fikrinin mətnlərə daxil olduğunu bildirib.

Brüsseldə Avropa İttifaqındakı proseslər və Suriyada atılacaq addımların müzakirə olunduğu Türkiyə - Avropa İttifaqı sammiti sona çatıb.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Brüsseldən dönərkən təyyarədə jurnalistlərə açıqlamalar verib.

Zirvə toplantısının iki əhəmiyyətli rol oynadığını vurğulayan Baş nazir bunlardan birincisinin Suriyada etibarlı neytral bölgə qurulmasının ilk dəfə olaraq Avropa İttifaqı mətnlərinə daxil olduğunu bildirib, "ikincisi isə 2016-cı ilin iyun ayından viza öhdəliyinin icra olunacağıdır" deyib.

Tarixi bir dönüş nöqtəsində olduqlarını qeyd edən Davudoğlu deyib: "İyun ayından vətəndaşların vizasız Avropaya gedə bilməsi üçün 9 qanuna Türkiyə Böyük Millət Məclisində baxılacaq. Ancaq qarşı tərəfdən gözlənilməz hücumlar bizi yeni qərarlara yönəldə bilər. Zirvə toplantısından əvvəl hazırlanan 12 maddəlik planın çatışmazlıqlarını da yoluna qoymuşuq. 4 ay yarımdır ki, Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələr tamam başqa məcraya keçib: Avropa Türkiyənin strateji əhəmiyyətini anlayıb".




Әlaqәli Xәbәrlәr