Sur və İdildə 22 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri terror təşkilatı PKK-ya ağır zərbə vurmağa davam edir

447538
Sur və İdildə 22 terrorçu zərərsizləşdirilib

Diyarbəkirin Sur və Şırnakın İdil qəsəbələrində əməliyyatlarda 22 terrorçu zərərsizləşdirilib.

Baş Qərargah son əməliyyatlara bağlı ictimaiyyətə məlumat yayıb: “Edilən əməliyyatlarda Sur qəsəbəsində 3, İdildə isə 19 olmaqla 22 terrorçu ələ keçirilib".

Xatırladaq ki, son aylar bu günə qədər Surda zərərsizləşdirilən terrorçuların sayı 359, İdildə isə 113-dür.

Bundan başqa, bir PKK terrorçusu da qaçaraq Türkiyə Təhlükəsizlik Qüvvələrinə təslim olub.



Әlaqәli Xәbәrlәr