“Kilisǝ atılan raketǝ dǝrhal cavab verdik”, Ə.Davudoğlu

Bu hadisə Suriyadakı atəşkəsin hǝr an pozula bilǝcǝyini bir daha sübut etdi

447292
“Kilisǝ atılan raketǝ dǝrhal cavab verdik”, Ə.Davudoğlu

Türkiyənin Baş naziri Əhməd Davudoğlu dünǝn Kilisǝ atılan raketǝ dǝrhal cavab verildiyini bildirib.

Davudoğlu terror təşkilatı DEAŞ mövqelərindən Kilisǝ atılan raketin partlaması nǝticǝsindǝ 2 nǝfǝrin həyatını itirdiyini açıqlayıb. O, Türkiyə Silahlı Qüvvələrinin bu cür hücumlara hazır olduğunu, əvvəlcǝdən təlimat verildiyini və artıq tədbirlərin görüldüyünü söyləyib.

Türkiyəyə edilǝn hücuma qarşı hər zaman dǝrhal cavab verilǝcǝyini vurğulayan Baş nazir deyib: “Onsuz da Türkiyə Silahlı Qüvvələrinǝ tǝlimatımız var. Mǝsǝlǝdǝ hər tədbir nǝzǝrdǝn keçirilib. Bu hadisə Suriyadakı atəşkəsin hǝr an pozula bilǝcǝyini bir daha sübut etdi. Onsuz da DEAŞ atəşkəs tərəfi deyil. Türkiyəyə edilǝn hər bir hücuma layiqincǝ cavab verilǝcǝk".



Әlaqәli Xәbәrlәr