"Qadınlar istismara mǝruz qalmamalıdılar"

Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Qadınlar istismara mǝruz qalmamalıdılar"

446749
"Qadınlar istismara mǝruz qalmamalıdılar"

Prezident Ərdoğan, Dünya Qadınlar Günü münasibǝtiylǝ Türk Metal Hǝmkarlar İttifaqı Qadın İşçiləri 21-ci Böyük Qurultayında etdiyi çıxışında : "Qadınlar inayət deyil, ədalət gözləyir. Qadınlar kvota deyil, ədalətli bir yarış tələb edir. Qadınlar istismar edilmək deyil, hörmət görmək istəyir. Kimsə qadınların bu istəklərinə biganǝ qala bilmǝz. Biz bu günə qədər qadınlara haqq-hüquqlarını ǝldǝ etmǝlǝri üçün lazımi dǝstǝyi verdik. Onların istismara mǝruz qalmamaları uğrunda mübarizǝ etdik" deyǝ vurğulayıb.

Çıxışında Şəhid analarını və onların yoldaşlarını da yad edǝn prezident Ərdoğan, “Ən böyük hörmǝtǝ layiq olanlar şəhid anaları, onların hǝyat yoldaşları, uşaqlarıdır" deyib.

Milləti parçalamağa kimsənin gücünün çatmayacağını ifadǝ edǝn Prezident Ərdoğan: “Var olma sǝbǝbimiz tək millət, tək bayraq, tək vətən, tək dövlətdir. Bu milləti parçalamağa kimsənin gücü yetmǝz. Bu vətən torpaqlarını parçalamağa tǝşǝbbüs edǝnlǝr bu ölkədə yaşaya bilmǝyǝcǝklǝrini dǝrk etmǝlidilǝr.



Әlaqәli Xәbәrlәr