Ə.Davudoğlu zirvə toplantısı çərçivəsindǝ proqramında dəyişiklik edib

Axşam saatlarında Ankaraya dönməsi gözlənilən Baş nazir Əhməd Davudoğlu da zirvə toplantısı çərçivəsindǝ proqramında dəyişiklik edib.

446193
Ə.Davudoğlu  zirvə toplantısı çərçivəsindǝ proqramında dəyişiklik edib

Brüsseldə baş tutan Avropa İttifaqı (Aİ) vǝ Türkiyə birgǝ toplantısı davam edir.

Axşam saatlarında Ankaraya dönməsi gözlənilən Baş nazir Əhməd Davudoğlu da zirvə toplantısı çərçivəsindǝ proqramında dəyişiklik edib.

Gǝrgin keçǝn tǝdbirdǝ Davudoğlu Ankaranın qaçqın probleminin tək başına hǝll etmǝsinin mümkünsüz olduğunu avropalı liderlǝrin diqqǝtinǝ çatdırıb.

Sammitin Türkiyənin Aİ üzvlüyü prosesindǝ bir dönüş nöqtəsi olmasını söyləyən Davudoğlu, Avropanın Türkiyə, Türkiyənin də Avropa üçün ǝvǝzolunmaz olduğunu vurğulayıb.

Reutersə müsahibǝ verǝn bir Türk diplomat da qaçqın yükünü Türkiyənin tək başına hǝll etmǝsinin qeyri-mümkün olduğunu bildirǝrǝk, "Әgǝ dənizinə divar hörǝ bilmǝrik" deyǝ söylǝyib.

Baş nazir Davudoğlu ilə görüşən Yunanıstanın baş naziri Aleksis Tsipras, Aİ-nın qaçqın probleminin hǝll edilmǝsi prosesini sürətləndirməsinin vaciblini qeyd edib.

"Avropada bizim bəzi dəyərlərimiz, prensiplerimiz var. Bunlardan biri bu yükü paylaşmağımızdır. Hər kəs ortaq fikirǝ gǝlmǝlidir.

Aİ-na sədrlik edǝn Hollandiyanın baş naziri Mark Rutte isə, "Danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini söylǝyib.

Aİ liderləri Türkiyə ilə razılaşaraq qaçqın axınını dayandırmaq və onların Türkiyədə qalmasını təmin etmək, qeyri-qanuni miqrasiyanın NATO gəmiləriylə qarşısını almaq, Yunanıstanda olan qaçqınların sığınacaq probleminin aradan qaldırılması üçün fond yaratmaq kimi çətin mövzuları müzakirǝ edir.



Әlaqәli Xәbәrlәr