Kahramanmaraşda 16 DEAŞ terrorçusu hәbs olunub

Türkiyәnin Kahramanmaraş şәhәrindә terror təşkilatı DEAŞ-a qarşı hәyata keçirilәn əməliyyat nәticәsindә 12-si əcnəbi olmaqla 16 nəfər həbs olunub.

443414
Kahramanmaraşda 16 DEAŞ terrorçusu hәbs olunub

Türkiyәnin Kahramanmaraş şәhәrindә terror təşkilatı DEAŞ-a qarşı hәyata keçirilәn əməliyyat nәticәsindә 12-si əcnəbi olmaqla 16 nəfər həbs olunub.

Terrorla Mübarizə İdarəsinin əməkdaşları Kahramanmaraşdan Suriya sərhədinə və yaxın rayonlara avtobus, yaxud digər vasitələrlə getmək istəyən DEAŞ üzvlərinin saxlanılması üçün şəhərin 3 fәrqli nöqtəsində әmәliyyat hәyata keçiriblәr. Terror təşkilatı DEAŞ üzvü olduqları iddiasıyla saxlanılan şəxslər polis idarәsinә aparılıb.

Polis idarәsindәki əməliyyatları tamamlanan şübhəlilər DEAŞ terror təşkilatı üzvü olmaq cinayəti ilə məhkəmə tәrәfindәn həbs olunub.



Әlaqәli Xәbәrlәr