Türkiyə İqtisadiyyat Nazirliyi Almaniyada görüşlər təşkil edir
Dünyadan bir çox sərmayəçinin axın etdiyi Türkiyənin hədəfində xaricdəki Türk iş adamlarıdır.
442625
Türkiyə İqtisadiyyat Nazirliyi Almaniyada bu məqsədlə toplantılar keçirir.
Nazirlik rəsmiləri Berlində təxminən 200 iş adamı ilə görüşdülər.
Nazirlik əməkdaşları Türkiyədəki biznes və investisiya imkanları haqqında Almaniyada yaşayan Türk iş adamlarına məlumat verdilər.
Almaniyadakı təbliğat- təqdimat görüşləri Berlindən sonra Kölndə davam edəcək.