Dövlət başçısı R.T. Ərdoğan Qanaya sǝfǝr edib

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qərbi Afrika ölkǝlǝrinǝ sǝfǝri çǝrçivǝsindǝ Qanaya gedib.

441821
Dövlət başçısı R.T. Ərdoğan Qanaya sǝfǝr edib

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qərbi Afrika ölkǝlǝrinǝ sǝfǝri çǝrçivǝsindǝ Qanaya gedib.

Dövlǝt başçısı Ərdoğan paytaxt Akkrada beynəlxalq Kotoka hava limanında Qana Dövlət başçısının müavini Kwesi Amissah Artur, Xarici İşlər naziri Hanna Tteh və Ekologiya naziri Mahama Ayariga tərəfindən mǝrasimlǝ qarşılanıb.

Mərasimdə Türkiyənin Akkra səfiri Nəsrin Beyazıt ilə Türk səfirliyinin rəsmiləri də iştirak ediblər. Dövlǝt başçısı Ərdoğan mərasimdən sonra Türk və Qana bayraqları daşıyan yerli rəqs qrupunun nümayişini izləyib.

Dövlǝt başçısı Qana Prezidenti Con Dramani Mahama ilə görüşəcək. Ərdoğan üçün rəsmi qarşılama mərasimi də prezident ofisində keçiriləcək. Qana Parlamentində çıxışından sonra Әrdoğan sonra da Qana-Türk biznes forumunda iştirak edəcək.

Paytaxt Akkrada müxtəlif görüşlǝrindǝn sonra Dövlǝt başçısı Nigeriyaya gedǝcǝk.



Әlaqәli Xәbәrlәr