Yalçın Akdoğan: “Türkiyǝ hǝmişǝ mǝzlumların yanında”

Baş Nazirin köməkçisi Yalçın Akdoğan Türkiyənin xüssusilə son illərdə sərgilədiyi insani diplomatiya ilə insanlığın və vicdanın səsi olduğunu deyib.

441162
Yalçın Akdoğan: “Türkiyǝ hǝmişǝ mǝzlumların yanında”

Baş Nazirin Köməkçisi Yalçın Akdoğan TBMM-də Türk əməkdaşlığı və Kordinasiya Agentliyinin (TİKA), Xaricdəki Türklər və Əqrəba Toplulukları İdarəsinin , Fövqəladə Hallar İdarəsinin və Vəkiflər Baş İdarəsinin illik bütcə müzakirələri çərçivəsində keçirilən iclasda çıxış edib.

Bu qurumların hər birinin Türkiyənin və millətin qürur mənbəyi olduğunu bildirən Yalçın Akdoğan ölkənin bu qurumlar vasitəsi ilə həyata keçirdiyi işlər nəticəsində dünyanın hər yerində böyük hörmət və izzəttlə yad olunduğunu vurğulayıb.

Köməyə ehtiyacı olan insanların Türkiyədən yardım istəməsinə biganə qalmadıqlarını deyən Akdoğan, inkişaf etmiş ölkələrin maliyyə böhranını bəhanə edərək yardımları azaltdığını, Türkiyənin isə hər zaman məzlumların yanında olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr