Türkiyədə terrorla mübarizə davam edir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Diyarbəkirin Sur qəsəbəsində həyata keçirilən əməliyyat zamanı 1 terrorçu zərərsizləşdirilib.

441663
Türkiyədə terrorla mübarizə davam edir

Beləliklə, bu günə qədər Sur əməliyyatlarında zərərsizləşdirilən terrorçuları sayı 241 oldu.

Əməliyyatda 11 əl qumbarası məhv edilib.

Şırnakın Silopi qəsəbəsində isə separatçı terror təşkilatından qaçan 8 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Diyarbəkir Erganidə separatçı təşkilat PKK / YPG üzvü olan bir terrorçu yaxalanıb.

Digər tərəfdən, Qaziantepin Oğuzeli və Şanlıurfanın Akçakale qəsəbələrində sərhədi qeyri-qanuni keçməyə çalışan DEAŞ terror təşkilatının üzvü olan 7 nəfər əcnəbi yaxalanıb.



Әlaqәli Xәbәrlәr