B. Albayrak Azǝrbaycanda keçirdiyi görüşlǝrini davam etdirir

“Cǝnub Qaz Dǝhlizi" Mǝşvǝrǝt Şurasının ikinci toplantısında layihǝnin son vǝziyyǝti dǝyǝrlǝndirilib.

441710
B. Albayrak Azǝrbaycanda keçirdiyi görüşlǝrini davam etdirir

Paytaxt Bakıda keçirilen “Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci toplantısına qatılan Berat Albayrak bildirib ki, dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, TANAP layihəsi müvəffəqiyyətlə icra olunur. Neftin qiymətinin ucuzlaşması və digər proseslər layihənin icrasına elə də təsir etmir.

On ölkǝnin enerji nazirlǝrinin qatıldığı “Cǝnub Qaz Dǝhlizi" Mǝşvǝrǝt Şurasının ikinci toplantısında layihǝnin son vǝziyyǝti dǝyǝrlǝndirilib.

Bu arada Prezidenti İlham Əliyev enerji və təbii sərvətlər naziri Berat Albayrakı qəbul edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulanıb vǝ əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr