Davudoğlu "ilin ən yaxşı xəbər görüntüsü"nü seçdi

Türkiyənin Baş naziri Əhməd Davudoğlu "21-ci Zoom Beynəlxalq Xəbər Görüntüsü Müsabiqəsi" ndə ilin ən yaxşı xəbər görüntüsünü seçdi.

440348
Davudoğlu "ilin ən yaxşı xəbər görüntüsü"nü seçdi

Davudoğlu "Türkiyə Xəbər Operatorları Dərnəyi"nin Sədri Aytəkin Polatel və idarə heyətinin üzvlərini qəbul etdi..

Baş nazir dərnəyin 1996-ci ildən bu yana hər il ənənəvi olaraq, ilin ən yaxşı xəbər görüntülərini müəyyənləşdirmək məqsədi ilə keçirdiyi "Zoom Beynəlxalq Xəbər Görüntüləri Yarışmasında" səs verdi.

O,ilin ən yaxşı xəbər görüntüsü olaraq "Fələstinli qızın mücadiləsi"ni seçdi.

Özəl xəbər kateqoriyasında Baş nazir "DEAŞ terrorundan qaçış" adlı görüntünü seçdi.

Əhməd Davudoğlu sərbəst xəbər kateqoriyasında 20 ildir ki, istirahət etmədən hər gün 15 kilometr piyada relslərin təhlükəsizliyinə nəzarət edən dəmir yolu fəhləsinin hekayəsini anladan "Dəmir Yolu" adlı görüntünü seçdi.



Әlaqәli Xәbәrlәr