“Beynǝlxalq cǝmiyyǝtin yardımları qǝnaǝtbǝxş deyil”:Yılmaz

İnkişaf naziri Cevdǝt Yılmaz, Suriya böhranında beynəlxalq cəmiyyətin bölgə ölkələrǝ etdiyi yardımların qǝnaǝtbǝxş olmadığını

439088
“Beynǝlxalq cǝmiyyǝtin yardımları  qǝnaǝtbǝxş deyil”:Yılmaz

Nazir Yılmaz, ABŞ-da BMT İnkişaf Proqramının 50-ci ildönümü nazirlər Toplantısına qatılıb. Yığıncağın ilk iclasında Suriyada cǝrǝyan edǝn vətəndaş müharibəsi və hümanitar böhran mövzusu muzakirǝ edilib.

“Suriyadakı humanitar böhran mövzusunda beynəlxalq cəmiyyətin yardımları qane edicidirmi"? sualına "xeyr deyil" deyǝ cavab verǝn nazir Yılmaz, “Qlobal olaraq başqalarına kömək etmək eyni zamanda özünü bǝzi tǝhlükǝlǝrdǝn qorumaqdır. Suriya böhranında beynəlxalq yardımlar yetǝrli deyil. Suriyaya ǝn çox qonşu ölkələr yardım edir. Buna görǝ beynəlxalq cəmiyyət Suriyaya qonşu ölkələrə yardım edǝrǝk bu ölkǝlǝrin yükünü paylaşmalıdır. Çünkü problemdǝn xilas olmanın yeganǝ yolu ǝmǝkdaşlıqdır" deyǝ vurğulayıb.



Әlaqәli Xәbәrlәr