Canlı bombanın şəxsiyyəti müəyyənləşdi

Ankarada 29 nəfərin ölümü ilə nəticələnən terror aksiyanını törədən canlı bombanın Əbdulbaki Sömer olduğu DNT araşdırması nəticəsində dəqiqləşdi.

438192
Canlı bombanın şəxsiyyəti müəyyənləşdi

İzlədiyi görüntülərdən təcavüzkarın öz oğlu olduğunu deyən Musa Sömerin müraciəti ilə DNT nümunəsi götürüldü.

Ata Musa Sömerden alınan DNT nümunəsi canlı bombanın meyidindən alınan DNT nümunələri ilə üst-üstə düşdü.

Beləliklə, canlı bombanın Abdülbaki Sömer olduğu dəqiqləşdi.

Abdülbaki Sömerin 2005-ci ildə 16 yaşında ikən terror təşkilatına qoşulduğu, 2005-2014-cü illər arasında Kandildə olduğu bildirilir.

Qeyd edək ki, fevralın 17-də Ankarada Mərasim küçəsində hərbi xidmət maşınlarının hərəkəti zamanı təşkil olunan bombalı hücumda 29 nəfər həyatını itirmiş, 60 nəfər yaralanmışdı.

Hadisə ilə bağlı istintaq işi açılıb, 14 nəfər saxlanılıb.



Әlaqәli Xәbәrlәr