“PYD torpaqları yerli müxalifətin əlindən alır”

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Halit Çevik bildirib ki, “Türkiyə öz beynəlxalq hüquqlarından istifadədən çəkinməyəcək".

436095
“PYD torpaqları yerli müxalifətin əlindən alır”

Çevik Nyu Yorkda Suriya ilə bağlı görüşdən sonra jurnalistlərin suallarını cavablandıraraq deyib: "Türkiyə sərhədlərini və vətəndaşlarını qorumaqla bağlı dəfələrlə Avropa İttifaqı Təhlükəsizlik Şurasına məktublar göndərdi. Artıq biz özümüzü müdafiə etmək üçün beynəlxalq hüquq çərçivəsində haqqlarımızdan istifadə etməyə çəkinməyəcəyik. Ona qədər Türkiyə Şuranın və ya beynəlxalq koalisiyanın birgə qərarı olmadan Suriyaya quru qüvvələri göndərməyəcək. PYD ilə bağlı suala gəlincə isə, PYD kürdün gücü deyil, terror təşkilatıdır. Onlar rejim və ya DEAŞ-a (İŞİD-ə) qarşı döyüşmür, əksinə, DEAŞ və El Nusranın deyil, yerli müxalifətin əlində olan torpaqları alır. da Rusiya bu işlərə yardımçı olur".



Әlaqәli Xәbәrlәr