Üçtərəflı görüş sona çatdı

Çavuşoğlu Gürcüstanın paytaxtı Tiblisidə Türkiyə-Gürcüstan- Azərbaycan Xarici İşlər Nazirlərinin üçlü iclasına qatılıb.

435970
Üçtərəflı görüş sona çatdı

Xarici İşlər Naziri Mevlüd Çavuşoğlu azərbaycan təbii qazının Türkiyə üzərindən Avropaya nəql edəcək Trans Anadolu Təbii Qaz Xəttinin (TANAP) çəkilişinin sürətləndiriləcəyini açıqlayıb.

Çavuşoğlu Gürcüstanın paytaxtı Tiblisidə Türkiyə-Gürcüstan- Azərbaycan Xarici İşlər Nazirlərinin üçlü iclasına qatılıb.

İclasda üç nazir birgə bəyannamə imzalayaraq Ankaradakı terror hadisələrini qınadaqlarını və Türkiyənin yanında olduqlarını bəyan ediblər.

Toplantıdan sonra mətbuat konfransında iştirak edən Çavuşoğlu ilk olaraq Rusiyanın Surayada həyata keçirdiyi hücumlar haqqında danışıb.

Çavuşoğlu Rusiyanın mülki vətəndaşları öldürdüyünü bildirərək “ Bu açıq bir şəkildə cinayətdir" deyib.

İlcasın səmərəli keçdiyini deyən Çavuşoğlu :“ hər üç ölkə tərəfindən hazırlanan bu planlar sadecə bizlərin deyil başqa ölkələrin də inkişaf etməsində mühüm rol oynayır. Bölgənin, xüsusilə cənubi qafqazın inkişafında bu layihənin mühüm rolu olacaq. Biz də layihə ilə bağlı bütün detal ətrafında müzakirələr apardıq" deyə vurğulayıb.

Azərbaycan təbii qazini Gürcüstandan keçərək Türkiyəyə oradan isə Avropaya taşıyacaq olan TANAP layihəsini tikintisi sürətləndiriləcəyini açıqlayan Çavuşoğlu: “ Bakı- Tibilisi-Qars dəmiryol layihəsi də bu ilin souna kimi tamamlanacaq. Londonu Pekinə bağlayacaq bu layihə bölgədəki iqtisadi vəziyyəti yaxşılaşdırmaqla yanaşı yüklərin mənzil başına çatdırılması problemini də həll etmiş olcaq" deyə vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, nazirlərin dördüncü görüşü 2014-cü ilin Yanvar ayında Türkiyənin Qars şəhərində keçirilmişdi.

Bu arada qeyd edək ki, Xarici İşlər Naziri Mevlüd Çavuşoğlu sabah saatlarında Gürcüstan Milli Məclisinin Sədri David Usupashvili ilə görüşüb. Görüş zamanı David Usupashvili Ankaradakı terror hadisələrinə görə Çavuşoğluna başsağlığı verib.

Çavuşoğlunun Məclis Sədri ilə görüş zamanı həmçının Gürcüstandakı Ahıska Türklərinin vəziyyəti də müzakirə edilib.



Әlaqәli Xәbәrlәr