R.T.Ərdoğan:"Atdığımız hər addımın legitimliyi var"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin səbr kasasını daşıracaq kimi bir niyyət varsa, bunun axırına gǝlindiyini vǝ bunu hǝr kǝsin bilmǝsinin vacibliyini vurğulayıb.

434503
R.T.Ərdoğan:"Atdığımız hər addımın legitimliyi var"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin səbr kasasını daşıracaq kimi bir niyyət varsa, bunun axırına gǝlindiyini vǝ bunu hǝr kǝsin bilmǝsinin vacibliyini vurğulayıb.

Türkiyənin cənub sərhədində yeni bir Qəndil dağı yaranmasına icazǝ vermǝyǝcǝyini, vacib olsa tǝhlükǝlǝrǝ cavab qaydaları ǝhatǝ dairǝsini genişləndirəcəyini bildirən Ərdoğan deyib ki, PYD terror təşkilatının Suriyanın Hələb şəhərinin şimalında provokasiya üçün atdığı addımlara və tǝzyiqlǝ bǝzi şeylǝri hǝyata keçirmǝsinǝ heç vaxt imkan verməyəcəyik. Regionda Türkiyəyə baxmayaraq faktiki hallar ortaya çıxarılmasına səssiz qala bilmǝrik, qalmayacağıq.

Ərdoğan bunu Cümhurbaşqanlığı Sarayında keçirilən 2-ci Mülki İdarǝçilǝr konfransında bildirib.

Türkiyənin terror təşkilatının Suriyadakı qolu olan PYD-nin apardığı siyasəti digər ölkələr kimi uzaqdan izlǝmǝk kimi rahatlığı olmadığını ifadə edən Әrdoğan qeyd edib ki, topraklarımızın vahidliyi, millətimizin birliyi baxımından sərhədlərimizin içində davam etdirdiyimiz mübarizə nə mǝna daşıyırsa o sərhədlərin Suriya tərəfində baş verǝnlǝr mövzusundakı həssaslığımız da eynidir"

Ərdoğan onu da deyib ki, Suriya məsələsində Türkiyə özünü müdafiə edir. Mövqeyi budur. Yəni gördüyümüz hər şeyin, atdığımız hər addımın legitimliyi var. Bu həssaslığı başa düşməyən və ya hörmətlǝ yanaşmayan hər kəs bir şǝkildǝ cavabını verǝcǝkdir.

Әl-Nusra ilə Əl-Qaidə arasında əlaqə nə isə PKK ilə PYD arasındakı əlaqənin də eyni olduğunu xatırladan Dövlǝt başçısı, Amerika rəhbərliyinə bir daha müraciət edərək deyib ki başa düşmǝkdǝ çǝtinlik çəkirəm. Sənin dostun bizik, yoxsa bu terror təşkilatıdır?

Çıxışında Moskva rəhbərliyinə də iradlar yönəldən Ərdoğan, Suriyadakı mülki vətəndaşların üzərinə bombalar yağdıran Rusiyanın müharibə cinayəti törətdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr