Mövlud Çavuşoğlu Gürcüstanda sәfәrdәdir

Türkiyәnin Xİn rәhbәri Mövlud Çavuşoğlu Gurcüstana sәfәr edib.

434274
Mövlud Çavuşoğlu Gürcüstanda sәfәrdәdir

Türkiyәnin Xİn rәhbәri Mövlud Çavuşoğlu Gurcüstana sәfәr edib.

Çavuşoğlu ilk olaraq Gürcüstanlı həmkarı Mixail Janelidze ilə bir araya gəlib.

Çavuşoğlunun daha sonra Gürcüstan Baş naziri və prezidenti tərəfindən də qəbul edilmәsi gözlәnilir.

Mövlud Çavuşoğlunun gündəmində ikitərəfli münasibətlər, enerji, nəqliyyat və ticarət məsələləri var.

Qeyd edәk ki, iki ölkə arasında enerji sahəsində TANAP, nəqliyyatda da Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi əhəmiyyətli layihələr həyata keçirilir.

Çavuşoğlu bu çərçivədə dövlәt başçısı Rәcәb Tayyib Ərdoğanı Azərbaycanın paytaxtı Bakıda edәcәyi sәfәr zamanı da müşayiət edəcək.

Çavuşoğlu cümə günü isə Tiflisdə baş tutacaq Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli Xarici İşlər Nazirlərinin iclasında iştirak edəcək.



Әlaqәli Xәbәrlәr