Ərdoğan Ekvadorda səfərdədir

Cənubi Amerika səfərini davam etdirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ekvadorda görüşmələri oldu.

427637
Ərdoğan Ekvadorda səfərdədir

Prezident Ərdoğan paytaxt Kitoda Dövlət Başçısı Rafael Correa tərəfindən mərasimlə qarşılandı.

Daha sonra prezidentlər təkbətək görüşdülər. İki ölkə arasındakı əlaqələrin hüquqi bazasını gücləndirəcək bəzi müqavilələrə imza atılıdı.

Prezident Ərdoğan Correa ilə Türkiyə-Ekvador Biznes Forumunda iştirak etdi.

Burada etdiyi çıxışında Türkiyənin Böyük İyirmilərə sədrliyini bir çox sahədə konkret irəliləyişlər təmin edərək uğurla tamamladığını qeyd edən Ərdoğan: "Türkiyə olaraq qlobal məsuliyyətlərin və sərvətlərin daha ədalətli bölüşdürülməsi lazım olduğunu düşünürük. Cənubi Amerika ilə əlaqələrimizi inkişaf etdirmək üçün atdığımız addımların arxasında məhz bu düşüncə vardır"deyə danışdı.

Ərdoğan,Ekvador ilə 119 milyon dollar olan ticarət həcminin 1 milyard dollara çıxaracaqlarını söylədi.

Ekvadora sürpriz dəstək də verən Ərdoğan: "Bundan belə dünyada Panama şlyapası kimi tanınan Ekvador şlyapası ilə bağlı səhv qavrayışı düzəltmək üçün səy göstərəcəyəmi də ayrıca qeyd etmək istəyirəm"dedi.

Prezident daha sonra Mərkəz Universitetinə gedərək tələbələrlə görüşdü.

Tələbələrə Suriya məsələsi ilə əlaqədar məlumat verən Ərdoğan regionundakı problemlərə baxmayaraq Türkiyənin güclü iqtisadiyyatı sayəsində qlobal böhranlardan əziyyət çəkmədiyini dedi.

Prezident Ərdoğan Milli Ali Təhsil İnstitutunda "Türk Xarici Siyasəti və Latın Amerikası" adlı konfransda çıxışında da: "Suriya problemi həll edilmədən regionda baş verən digər problemlərin öhdəsindən gəlmək, əmin-amanlıq və etimad mühitini yenidən təmin etmək mümkün deyil. Suriya əhalisinin yarısı evindən-eşiyindən didərgin düşüb, bu şəkildə miqrant problemi həll edilə bilməz" deyə danışdı.

Türkiyənin terror təşkilatı ilə mübarizəsinə dair məlumat verən Prezident Ərdoğan, şəhərləri qan gölünə çevirən bu terror təşkilatlarına qarşı bu günə qədər etdikləri mübarizəni bundan sonra da qətiyyətli şəkildə davam etdirəcəklərini ifadə etdi.



Әlaqәli Xәbәrlәr