Ərdoğan Peruda səfərdədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan humanitar məsələlərdə həssaslığı ilə tanınan Perunun da Suriya qaçqınlarının acısına şərik olacağına, bu məsələnin beynəlxalq aləmdə layiq olduğu yeri tutması üçün səy göstərəcəyinə əmin olduğunu söylədi.

426912
Ərdoğan Peruda səfərdədir

Çili səfərini başa vuran Ərdoğanın ikinci dayanacağı Peru oldu.

Suriyanın dərdini bu dəfə Perunun paytaxtı Limada dilə gətirən Ərdoğan Suriya böhranının ikinci dünya müharibəsindən sonra ən böyük humanitar faciəyə səbəb olduğunu, dörd yüz min insanın rejimin havadarlarının və DEAŞ kimi terror təşkilatlarının hücumu nəticəsində həyatını itirdiyini, şəhərlərin, kitabxanaların yerlə yeksan edildiyni və on iki milyon insanın yurdunu tərk etdiyini qeyd etdi

İkitərəfli münasibətlər çərçivəsində ticarət həcmini tezliklə bir milyard dollardan etməyi hədəfləyən Türkiyə ilə Peru arasında müxtəlif sahələrdə beş müqavilə imzalandı.

Ərdoğan:"Xüsusilə mədən işləri və energetika sahələrində Perunun imkanları çoxdur. Bu istiqamətdə əməkdaşlıq arədə danışmaq imkanı tapdıq"dedi.

Peru Prezidenti Ollanta Humala da başda turizm və inşaat olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxundu.
Humala 2019-cu ildə Pan Amerikan Oyunları üçün olimpiya şəhərinin inşa ediləcəyini xatırladaraq, Türk inşaatçılarını əməkdaşlığa dəvət etdi.



Әlaqәli Xәbәrlәr