İslam aleminde mǝzhǝb döyüşümü var?

Sünnilər və şiələr arasındakı tarixi fərqliliklərin olduğu bilinǝn bir faktdır və qəbul edilməlidir. Ancaq bunlar, 21-ci əsrdə yeni müharibələrin yaranmasının qarşısını almaq üçün çox mübaliğǝ edilmǝmǝlidir.

425951
İslam aleminde mǝzhǝb döyüşümü var?

Müsəlmanların sıx yaşadıqları bölgələrdəki qarşıdurmalar, Müsəlman alǝmindǝ bir məzhəb qarşıdurmasının davam etdiyi təəssüratını ortaya qoyur. Bu inkar edilǝ bilmǝz faktdır. Lakin ǝsas mǝsǝlǝnin bu olmadığını hǝr kǝs dǝrk edilmǝlidir.

Suriyadan, İraqdan, Bəhreynə və Livana qǝdǝr geniş bir ǝrazidǝ yaşayan sünni və şiə müsəlmanlar döyüş, ictimai gərginliklər, kasıblıq, iqtisadi bərabərsizlik, zülm və buna bənzər şeylər daxil olmaqla, bir çox problemǝ qarşı mübarizǝ edirlǝr. Hər problemin etnik və məzhəbi kimliklǝr ilǝ ǝlaqǝli bir sıra çətinlikləri mövcutdur. Ancaq bu problemin ǝsasını kimlik siyasəti tǝşkil edir vǝ bu da sıravi sosial-iqtisadi və siyasi məsələləri, ifratçılığı qidalandıran kimlik iddialarına çevirir. Livandakı sünni-şiə gərginliyi məzhəb qədər güc və nəzarəti təmin etmək uğrunda edilǝn mübarizə ilə də ǝlaqǝlidir. Suriyadakı müharibənin Sünni və ya Şiə İslama asılılığı xeyli azdır. Əsas etnik və ya məzhəblǝr nǝzǝrǝ alınmadan ərəb ölkəsinin gələcəyini kimin formalaşdıracağı ilǝ ǝlaqǝlidir.

Avropada 16 və 17-ci əsrlərdə katolik və protestantlar arasında mǝnşǝyi dinǝ ǝsaslanan qarşıdurmalar, kimlik qədər, güc və hakimiyyət ilə də ǝlaqǝli idi. Eyni şəkildə, müsəlman dünyasında günümüzdǝ davam edǝn məzhəb gərginliyinin ǝsasını, İslamda sünni-şiə ayrı-seçkiliyinə səbəb olan tarixi hadisələr istisna olmaqla bir çox ünsür tǝşkil edir. İslam Peyğəmbərinin birinci xəlifə olaraq xǝlǝfi olmalıdır sualı, ümumiyyətlə köhnǝ İslam tarixindəki sünni-şiə fərqliliklərinin başlanğıcı olaraq qǝbul edilir. Sünnilər peyğəmbər sǝhabǝlǝrinin Əbu Bəkri cəmiyyətin birgǝ tǝlǝbinǝ görǝ ilk xəlifə olaraq seçdiklərini müdafiə edirlər və bu da Peyğəmbərin xǝlǝfliyinin dini və siyasi ligitimliyini təşkil edir. Şiələrǝ görǝ, Əli ibn Əbi Talib, peyğəmbərin xǝlǝfi seçilmǝli idi.

Bir çox əhəmiyyətli problemdǝn başqa, Peyğəmbərin xǝlǝfi ilə əlaqədar olan bu anlaşılmazlıq, İslamın sünni və şiə qollarının yüksəlişində əhəmiyyətli rol oynamışdır. Ancaq bu iki mǝzhǝb dǝ İslam inancının və mədəniyyətinin ǝsas ünsürlərini mǝnimsǝyǝrǝk hüquqda, elmdə, fəlsəfədə, sənətdə və təsəvvüfdə Allahın vahidliyini və insanın ucalığını müdafiə edib. İmam Cəfər ǝl-Sadiqdən İmam Əbu Hənifəyə, İbni Sinadan Nasir ǝl-Din ǝl Tubsiye, İmam Qəzalidǝn Molla Sǝdrǝ qədər sünni və şiə mǝzhǝblǝrinin qabaqcılları klassik İslam mədəniyyətinin əsas faktlarını aşkar şəkildə şǝrh etmişlǝr. İndiki məsələ bu tarixi üzləşmə və ixtilafı, uzlaşma baxımından şərh etməkdir. Müsəlman alimlər və ziyalılar İslam tarixini qane edici fikirlǝr ilǝ tǝsvir edǝrǝk, tarixin və müasir dünyanın problemlǝriylǝ qarşı-qarşıya olan sünni və şiə müsəlmanları istiqamǝtlǝndirmǝlidilǝr.

Bu gün məzhəb qarşıdurması olaraq xarekterizǝ edilǝn problemin tǝmǝlindǝ Kimlik siyasəti və dövlət mənfəəti dayanır. Bütün müasir milli dövlətlər kimi, müsəlman xalq dövlətlərin çoxu fərdi mənfəətləri istiqamətində hərəkət edirlǝr vǝ bunun üçün etnik və məzhəb kimliyindǝn istifadə etmǝkdǝ cǝhd edirlǝr. Bu da cəmiyyətlərdə bölünmələrə, parçalanmalara gǝtirib çıxarır.

Əslindǝ gözdǝn yayınan əhəmiyyətli bir fakt, müharibələr, uğursuz dövlətlər və zəif hökumətlər, cəmiyyətlərin etnik və məzhəb tǝşkilatlanmaları nǝzǝrǝ alınmadan onlara ictimai və psixoloji zərər verirlǝr. Lakin bunlar siyasi sistemin uğursuzluğuna ligitimlik qazandıraraq məzhəb toqquşmasına çevrilir. Suriyadakı döyüşün, İraq və Yəməndəki zəif hökumət strukturlarının Müsəlman dünyasındakı sünni-şiə gərginliyinin ən əhəmiyyətli qaynağı olması bir təsadüf deyil. DEAŞ kimi radikal qruplar və terror təşkilatları Suriyadakı döyüşdən, Yəməndəki mübarizədən, İraqda hökümǝtin zǝyifliyindǝn və Əfqanıstan, Nigeriya, Malidǝki mərkəzi avtoritetin olmamasından fürsǝt kimi istifadǝ edirlǝr.

Bəzi ifratçı radikal fikirlǝrǝ sahib olanlar Sünni və ya Şiə İslam adına döyüşdüklərinə səmimiliklə inana bilərlər. Onlar təbii olaraq biraz ǝvvǝl ifadǝ etdiyim tarixi fərqlilikləri nümunə göstərirlǝr vǝ radikal fǝaliyyǝtlǝrinǝ ligitimlik qazandırmaq üçün digər tərəfin təcavüzkarlığını da nümunə olaraq göstərə bilərlər. Amma ümumiyyǝtlǝ bu qarşıdurmalar, dünyada güc əldə etmək və nüfuz qazanmaq üçün törǝdilir. Sünni və şiə kimliklǝr isǝ bu mǝqsǝdlǝ edilirlǝr.

Sünnilər və şiələr arasındakı tarixi fərqliliklər aşkardır və qəbul edilməlidir. Lakin bunlar 21-ci əsrdə yeni müharibələr başlamaq üçün mübaliğǝ edilmǝmǝlidir. Bunun üçün iki istiqamətli bir rǝftar sǝrgilǝnmǝlidir.

İlk olaraq, müsəlman alimlər, ziyalılar, dini avtoritetlǝr və cǝmiyyǝt liderləri müridlərinə düşmənçilik və qarşıdurma yox, sülh və uzlaşma yolunu göstermelilerdir. Hǝnǝfi hüquq məktəbinin banisi İmam Əbu Hǝnifa (d.767) və 6-cı şiǝ imamlardan vǝ Cǝfǝri hüquq məktəbinin banisi İmam Cəfər ǝl-Sadiqın (d.765) elmi söhbətlər edib bir-birlərindən öyrəndikləri kimi, bugünkü müsəlman alimlər dǝ uzlaşma və birləşmə mühitini desteklemelilerdir . Sünni və şiə liderlər ən böyük pisliklərin və fəlakətlərin qarşısında mǝtin rǝftar sǝrgilǝmǝnin yolunu göstərməlidirlər. Şiddət ehtiva edən ifratçılığı kınamalılardır.

İkinci olaraq, müsəlman ölkələrdəki döyüşlər, müvəffəqiyyətsiz dövlətlər və zəif hökumətlər şiddət ehtiva edən ifratçılığın insanların ağrılarından istifadǝ etmǝsinin qarşısını almaq üçün tǝhlil edilmǝlidir. Bunun üçün dǝ cəsur siyasi lider və güçlü dövlət adamlarına zǝrurǝt vardır. Əks halda Suriyada və Yəməndə davam edən döyüşlər, İraq və Əfqanıstandakı böyük təhlükəsizlik problemləri qeyri-sabitliyin qaynağı olmaqda, eyni zamanda siyasi fürsǝttǝlǝblǝr, radikal qruplardan, məzhəb gərginliyinin tarıma çǝkilmǝsi uğrunda istifadə edǝcǝklǝr.

İmam Bayhaqinin (d.1066) Hz Məhəmmə istinad etdiyi bu sözündǝn ilham alınmalıdır: “Dava iş ilǝ bağlı hökmünü Allahın kitabındakı qanunları nǝzǝrǝ alaraq vermǝlisǝn. Heç bir şey səni Allahın kitabından başqa bir şey ilə hökm verməyə sövq etməsin. Əgər bir məsələ haqqında Allahın kitabında bir hökm tapa bilmǝsǝn, Peyğəmbərin tətbiqlǝrinǝ nǝzǝr salaraq qǝrar qǝbul et. Əgər mənim tǝdbiqlǝrim arasında da olmasa, sǝhabǝlǝrin buyurduqlarını nǝzǝrǝ al. Çünkü onlar səmadakı ulduzlar kimidirlər. İçlərindən hansını seçersen və izlerseniz, o sənə yol göstərəcək. Səhabələrin fərqlilikləri sənin üçün bir rəhmətdir. "Son cümlə" ümmətim arasındakı fərqliliklər bir mərhəmətdir". Bu sözün mənası aydın və birbaşa bugünkü müsəlmanlara istiqamətlidir. Fǝrqliliklǝrimizin dǝyǝrini anlamaq vǝ qorumaq üçün hamımız bu sözün nǝ mǝna verdiyini dǝrk etmǝliyik. Fǝrqliliklǝrimiz zǝnginliyimizdir.



Әlaqәli Xәbәrlәr