Rəcəb Tayyib Ərdoğan Latın Amerikasına səfər edəcək

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 31 yanvar - 4 fevral tarixləri arasında Çili, Peru və Ekvadorda rəsmi görüşlər keçirəcək.

425073
Rəcəb Tayyib Ərdoğan  Latın Amerikasına səfər edəcək

Ərdoğanın 31 yanvar -2 fevralda Çiliyə, 2-3 fevralda Peruya, 3-4 fevral tarixlərində isə Ekvatora edəcəyi səfəri çərçivəsində ikitərəfli siyasi və iqtisadi məsələlərlə yanaşı, regional və beynəlxalq proseslər müzakirə olunacaq.

Müxtəlif sahələrdə ikitərəfli müqavilələrin imzalanacağı səfərlər çərçivəsində Ərdoğan biznes forumu iclaslarında iş adamlarına da müraciət edəcək.

Ərdoğanın Çiliyə edəcəyi səfər iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 90-cı ilinə təsadüf edir. Prezident Ərdoğanın səfəri, 1995-ci ildən sonra Türkiyədən Çiliyə dövlət başçısı səviyyəsində həyata keçirilən ikinci səfər olacaq.

Peru və Ekvadora isə dövlət başçısı səviyyəsində Türkiyədən ilk səfərdir.

Dövlət başçısı Ərdoğanın 2015-ci il 10-13 fevral tarixlərində baş tutan görüşlərindən sonra regiona ikinci dəfə səfər etməsi Latın Amerikasına verdiyi önəmin göstəricisi olaraq qiymətləndirilir.



Әlaqәli Xәbәrlәr