"Narahat olacaq vəziyyət yoxdur, zamanında cavab verildi", Ə.Dav

Baş nazir Əhməd Davudoğlu terror təşkilatı DEAŞ-ın Mosuldakı hücumu ilə bağlı olaraq, "Hər hansı bir narahat olacaq vəziyyət yoxdur, zamanında cavab verildi" deyib.

412094
"Narahat olacaq vəziyyət yoxdur, zamanında cavab verildi", Ə.Dav

Baş nazir Əhməd Davudoğlu terror təşkilatı DEAŞ-ın Mosuldakı hücumu ilə bağlı olaraq, "Hər hansı bir narahat olacaq vəziyyət yoxdur, zamanında cavab verildi" deyib.
Baş nazir Davudoğlu, Brüsseldəki görüşlərindən əvvəl mətbuat konfransı təşkil edib. Terror təşkilatı DEAŞ-ın Mosul hücumu ılə bağlı detalları paylaşan Davudoğlu, narahat olacaq hər hansı bir vəziyyətin olmadığını ifadə edib.
Davudoğlu:"Baş Qərargah rəisi hadisəni araşdırdı, məlumatlar əldə etdik. Təbii hər zaman olduğu kimi o ətrafdakı DEAŞ mövqeləri məhv edildi. Bu, Türkiyənin həlledici gücə malik olması baxımından əhəmiyyətlidir. Bu hadisə onu göstərir ki, əgər iraqlı qardaşlarımıza təlim keçmək istəsəniz. burada təhlükəsizlik risklərinin olduğunu bilərsiniz. Təlimatçılar və təlim keçənlər üçün bu riskləri aradan qaldırmaqla bağlı tədbirlər görmək məcburiyyətindəyik. Bu səbəbdən bizim o bölgəni nəzarətdə saxlamaq üçün atdığımız addımların doğru olduğu ortaya çıxır. Bunu dost və qardaş İraq hökuməti ilə paylaşacayıq. Səfirliyimiz lazımı məlumatları verəcəkdir "deyib.
İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində terrorla mübarizə aparmağın vacıbliyindən danışan Davudoğlu:" İraqın qanunu ordusu və təhlükəsizlik qüvvələri bu bölgədə hakimiyyəti qurana qədər, Türkiyə lazımlı tədbirləri görəcək. Hərbi müdaxilələr əsasdır. Silahlı qüvvələrimiz orada lazımı addımlar atmaq səlahiyyətinə tam malikdir" deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr