Davudoğlu :"Biz İraqın ərazi bütövlüyünü hər kəsdən daha çox müd

Baş nazir Davudoğlu, Bolqarıstan səfəri zamanı, Esenboğa hava limanında açıqlamalar verib.

410134
Davudoğlu :"Biz İraqın ərazi bütövlüyünü hər kəsdən daha çox müd

Baş nazir Əhməd Davudoğlu, Türkiyənin İraq siyasətinin son dərəcə açıq və primitiv olduğunu ifadə edərək bildirib:
"Biz İraqın ərazi bütövlüyünü hər kəsdən daha çox müdafiə edirik. Kimsə Türkiyənin yaxşı niyyətində olmasına şübhə edə bilməz".
Baş nazir Davudoğlu, Bolqarıstan səfəri zamanı, Esenboğa hava limanında açıqlamalar verib.
Açıqlamada Davudoğlu, Türkiyənin terrorla mübarizəsinin müzakirə olunmayan bir prinsipial mövqe olduğunu ifadə edərək bildirib.
"Bizim DEAŞ'a qarşı indi apardığımız mübarizə birinci deyil, daha əvvəl Əl Qaidəyə qarşı, PKK-ya qarşı eyni mübarizəni icra etdik. Biz hər zaman terrorun əlehinəyik, hansı şəxsə, millətə,irqə, dinə aid olmasına baxmayaraq terrorla bu mübarizəni biz daha inamla davam edirik. Bu səbəbdən Başika'da olan hərbi qüvvələrimiz İraqın ərazi bütövlüyünə qarşı yox, terrorla mübarizə baxımından ən güclü qüvvə kimi təmsil olunur ".
Baş nazir Davudoğlu daha sonra ;
"Terrora qarşı İslam ölkələrinin birlikdə mübarizə aparmalarına təşəbbüs göstərmələri , terrorla İslamı eyni hesab edənlərə qarşı veriləcək ən yaxşı cavabdır. Bu mənada harada, kimlər tərəfindən olursa olsun terrorla mübarizə mövzusunda bir yığıncaq tərtib edilsə Türkiyə orada əlindən gələni etməyə hazırdır. İslam ölkələri arasında həyata keçirilən bu təşəbbüsün doğru istiqamətdə atılmış bir addım olduğunu qiymətləndiririk. " ifadə etdi.

Sonda Baş nazir Əhməd Davudoğlu:
Biz bəzi təşkilatlara terror vasitəsi ilə Türkiyənin qaranliq bir gələcəyə sürükləməsinə heç vaxt imkan vermrik- dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr