İstanbulda da anım mǝrasimi keçirilib

İstanbulda Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

407000
İstanbulda da anım mǝrasimi keçirilib

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkil etdiyi mərasim Sarıyer rayonundakı Heydər Əliyev adına parkda baş tutub. Baş konsulluğun əməkdaşlarının, Türkiyədəki bəzi vəqf və dərnək rəhbərlərinin, Azərbaycan icmasının nümayəndələrinin və tələbələrin iştirak etdiyi mərasimdə Heydǝr Əliyevin parkda ucaldılmış heykəlinin önünə əklillər və gül-çiçək dəstələri düzülüb.
Mərasimdǝ iştirak edǝnlǝr daha sonra eyni parkın başqa guşəsində yerləşən Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün büstünü ziyarət ediblər. Mǝrasimǝ fəaliyyət göstərən böyük şirkətlər, QHT-lər və tanınmış şəxslər çələng göndəriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr