Rəcəp Tayyib Ərdoğan Türkmənistana gedir

Türkiyə dövlət başçısı Aşqabada səfər edəcək.

405027
Rəcəp Tayyib Ərdoğan Türkmənistana gedir

Türkiyə dövlət başçısı Rəcəp Tayyib Ərdoğan dekabrın 12-də Türkmənistanın paytaxtı Aşqabadda, Türkmənistan müstəqlliyinin 20-ci il dönümü münasibətilə təşkil olunacaq “Tərəfsizlik konfransı”na qatılacaq.
Ərdoğan Türkmənistan dövlət başçısı Qurbanqulu Berdimuhammedov və digər həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
Türkmənistanın tərəfsizliyinin ən yüksək səviyyədə qeyd olunacağı konfransda xeyli sayda ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr