Daha 8 terrorçu tǝhlükǝsizlik qüvvǝlǝrinǝ tǝslim olub

Diyarbǝkir vilayǝtinin Sur qǝsǝbǝsindǝ dünǝn axşam zirǝhli polis maşınına terror tǝşkilatının hücumu nǝticǝsindǝ biri ağır olmaqla 4 polis ǝmǝkdaşı yaralanıb.

359710

Hücumdan sonra Sur qǝsǝbǝsi tǝhlükǝsizlik qüvvǝlǝri tǝrǝfindǝn mühasirǝyǝ alınaraq genişmiqyaslı ǝmǝliyyat başladılıb. Qǝsǝbǝdǝ küçǝyǝ çıxılması hǝlǝ dǝ qadağandır.
Hakkari vilayǝtinin Yüksǝkova qǝsǝbǝsindǝ dǝ küçǝyǝ çıxmaq qadağa edilib.
Valiliyin açıqlamasında Yüksǝkova qǝsǝbǝsindǝ dekabrın 7-dǝn etibarǝn yenidǝn elan edilǝnǝdǝk qadağa saatların davam edǝcǝyi bildirilib.
Digǝr tǝrǝfdǝn Şırnakda terror tǝşkilatından qaçan 8 terrorçu tǝhlükǝsizlik qüvvǝlǝrinǝ tǝslim olub.
Qeyd edǝk ki, son iki ildǝ tǝşkilatdan qaçıb tǝslim olan terrorçu sayı 1087-ye çıxıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr