500 illik tarixi abidə yanıb

Diyarbəkirdə terrorçular 500 illik tarixi məscidi yandırıb.

360103
500  illik tarixi abidə  yanıb

Günbəzlərində qüllə izləri olması səbəbiylə ‘‘Gülləli’’ adıyla tanınan Fatih Paşa Məscidi terrorçuların hədifi olub.
Diyərbəkirdəki ilk Osmanlı əsəri olan məscid daha əvvəl terrorçular tərəfindən açılan atəş nəticəsində böyük zərər görmüşdü. Baş verən son hadisələrdən sonra isə məscid istifadəyə yararsız hala gəlib.
Yanğını söndürmək məqsədilə bölgəyə cəlb olan çox sayda yanğınsöndürən ilə polis dəstəsi terror təşkilatı tərəfindən atəşə tutulub.
Hücum səbəbiylə yanğını söndürmək mümkün olmayıb.
Hücumu pisləyən Mədəniyyət və Turizm naziri Mahir Ünal ‘‘Mədəni və tarixi abidələrimiz Taliban mentalitetində bir terror təşkilatının hücumlarına məruz qalıb. Bunu şiddətlə qınayıram’’ deyib.
Qeyd edək ki, təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatlar səbəbiylə komendant rejiminin tədbiq olunduğu Sur rayonundakı tarixi məscidi terrorçular sığınacaq olaraq istifadə edirdi.
Terrorçuların məscidə kutsar üsulu hazırlanmış bomba atdıqları və ya xalçaları yandırdıqları ehtimal edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr