Əhməd Davudoğlu: "Bizim Rusiya xalqına hörmətimiz var"

"Azərbaycanın hər qarış torpağı bizim üçün əzizdir"

400214
Əhməd Davudoğlu: "Bizim Rusiya xalqına hörmətimiz var"



Baş nazir Əhməd Davudoğlu Türkiyənin sərhədləri pozaraq Suriyadakı Bayırbucak türkmənlərinin bombalanmasına laqeyd qala bilməyəcəklərini söyləyib.
Türkiyənin baş naziri Bakıya etdiyi səfərinin ikinci günündə, ADA Universitetində çıxış edib.
Davudoğlu, Rusiyanı İŞİD-ə qarşı əməliyyat bəhanəsi ilə türkmənləri qətlə yetirdiyi ilə bağlı xəbərdarlıq etdiklərini söyləyib.
Davudoğlu,
“Türkməndağında türkmənlər qətlə yetirildiyi bir vaxtda bizim sərhədlərimizi pozaraq bu məsum insanları öldürülməsinə yol verə bilməzdik. Sərhədimiz üzərindən türkmənlər bombalanarkən tamaşa edə bilməzdik. Rusiya təyyarəsinin vurulduğu gün 3 dəfə Türkməndağını bombaladılar” deyə bildirib.
Əhməd Davudoğlu Rusiya rəhbərliyinə də çağırış edib: “Gəlin, problemləri üz-üzə müzakirə edək. Soyuq müharibə dövrünü xatırladan kampaniyalardan bir-birimizə qarşı istifadə etməyək” deyib.
Türkiyə və Rusiya xalqları arasında heç bir problem olmadığının və olmayacağını vurğulayan Davudoğlu,
“Rus xalqına qarşı olan ən kiçik bir tərəddüt, qayğı və ya zərrə qədər mənfi düşüncəmiz yoxdur. Rusiya xalqı qürurlu bir xalqdır, biz onlara hörmət edirik” deyə bildirib.
Əhməd Davudoğlu,
“Başqa ölkələrin onlara embarqo tətbiq etməsindən məmnun olmayan Rusiyanın Türkiyəyə sanksiya tətbiq etməsi öz içində böyük ziddiyyətdir. İqtisadi sanksiyalarla Türkiyə kimi qürurlu bir ölkəni, türk milləti kimi qürurlu bir milləti ayağa gətirdiklərini düşünənlər səhf edirlər” deyə bildirib.
Türkiyənin Dağlıq Qarabağ problemində hər zaman Azərbaycanın yanında olacağını deyən Əhməd Davudoğlu, çıxışında Ermənistana da çağırış edib: “Sizə aid olmayan torpaqları sülh şəraitində sahibinə qaytaracağınız təqdirdə, Türkiyə, Azərbaycan və Gürcüstan arasında qurulmuş sülh və vizyon ittifaqına qoşula bilərsiniz. Biz kiməsə qarşı düşmən münasibətində deyilik. Amma Azərbaycanın hər qarış torpağı əzizdir və mütləq işğaldan azad olunmalıdır”

Bakı-Tbilisi-Ceyhanın Xəzər dənizi və Aralıq dənizini birləşdirdiyini və enerji xəttlərində əhəmiyyətli bir alternativ sahə yaratdığını deyən Ərdoğan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars dəmiryolunun da enerji və nəqliyyat xətlərində Xəzəri Anadoluya birləşdirdiyini, bu iki əhəmiyyətli layihə ilə Avrasiyanı bir ucundan digər uca keçməkdə qərarlı olduqlarını deyib.
Baş nazir Davudoğlu,
“Uzun illər Xəzər qazını Avropaya çatdırmaq üçün "Nabucco” kimi layihələr gündəmə gəldi, amma Avropa lazımi diqqət göstərmədi. Azərbaycanla Türkiyə əl-ələ verib TANAP layihəsini reallaşdıranda TANAP üzərindən bu dəfə TAP layihəsi irəli sürüldü və bu, Xəzər dənizini Adriatik dənizinə bağlamış oldu. Biz vaxtilə Böyük İpək Yolu üzərində karvanların keçdiyi hər dəhlizi boru xətləri və sürət qatarları ilə birləşdirəcəyik” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr