Kurtulmuş:"Mǝsǝlǝnin daha çox böyümǝsini istǝmirik"

Baş nazirin müavini vǝ hökumǝt sözcüsü Numan Kurtulmuş Türkiyǝ vǝ Rusiya arasındakı mǝsǝlǝnin daha çox böyümǝsini istǝmǝdiklǝrini söylǝyib.

398309
Kurtulmuş:"Mǝsǝlǝnin daha çox böyümǝsini istǝmirik"

Baş nazirin müavini vǝ hökumǝt sözcüsü Numan Kurtulmuş Türkiyǝ vǝ Rusiya arasındakı mǝsǝlǝnin daha çox böyümǝsini istǝmǝdiklǝrini söylǝyib.
Numan Kurtulmuş, özǝl televiziyalardan birinǝ verdiyi açıqlamada bildirib ki, Türkiyǝnin qarşı-qarşıya qaldığı bönran önǝmli vǝ ciddidir, amma hǝll edilmǝyǝcǝk bir böhran deyildir.
Türkiyǝ vǝ Rusiya arasındakı böhranın hellini tapacağına ümidini dilǝ gǝtirǝn Baş nazirin müavini deyib ki, iki qonşu, iki tǝrǝfdaş ölkǝyik. Bu böhranın hǝllini tapa bilmǝsi üçün ǝlimizdǝn gǝlǝni yerinǝ yetirmǝk üçün cǝhd göstǝririk.
Numan Kurtulmuş Sergey Lavrov ilǝ Mövlud Çavuşoğlunun yaxın günlǝrdǝ Belqradda bir araya gǝlǝrǝk böhran prosesindǝ iki ölkǝ arasındakı ilk görüşü keçirǝcǝklǝrini, Rusiyanın qǝbul etdiyi iqtisadi sanksiyalardan Türkiyǝnin ziyan çǝkmǝmǝsi üçün ǝtraflı şǝkildǝ fǝaliyyǝtlǝrin davam etdiyini vurğulayıb.
Türkiyǝ vǝ Rusya arasında baş verǝnlǝrin iki ölkǝ arasında birbaşa yaranan böhranın nǝticǝlǝri olmadığını, bütün baş verǝnlǝrin Suriyada yaranan böhranın Türkiyǝ-Rusiya ǝlaqǝlǝrinǝ ǝks-sǝdasının olduğunu bildirǝn Kurtulmuş onu da deyib ki, hǝm gǝrginliyin azaldılması hǝm dialoq kanallarının açıq tutulması hǝm dǝ yaxın zamanda qarşılıqlı olaraq bir araya gǝlǝrǝk bu nǝticǝlǝri necǝ aradan qaldıracağımıza dair müzakirǝlǝrin keçirilǝcǝyinǝ ümid edirik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr