Yeni hökumǝt etimad sǝsvermǝsindǝn keçdi

Türkiyǝ Böyük Millǝt Mǝclisi Әdalǝt vǝ İnkişaf Partiyasının sǝdri vǝ Konya şǝhǝrindǝn millǝt vǝkili Әhmǝd Davudoğlunun rǝhbǝrlik etdiyi yeni hökumǝtǝ etimad göstǝrib.

396071
Yeni hökumǝt etimad sǝsvermǝsindǝn keçdi

Türkiyǝ Böyük Millǝt Mǝclisi Әdalǝt vǝ İnkişaf Partiyasının sǝdri vǝ Konya şǝhǝrindǝn millǝt vǝkili Әhmǝd Davudoğlunun rǝhbǝrlik etdiyi yeni hökumǝtǝ etimad göstǝrib.
Mǝclisdǝ keçirilǝn sǝsvermǝdǝ iştirak edǝn 509 millǝt vǝkilindǝn 315-i hökumǝtin lehinǝ, 194-ü isǝ ǝleyhinǝ sǝs verib.
Bǝləliklə, Əhmǝd Davudoğlunun rəhbərlik etdiyi hökumət Türkiyǝ Böyük Millǝt Mǝclisindǝ etimad səsverməsindən keçib.
Səsvermədən sonra Davudoğlu hökumətə etimad göstərdikləri üçün millǝt vǝkillǝrinǝ təşəkkürünü bildirǝrǝk deyib ki, müxalifǝtin müsbǝt tǝkliflǝrinǝ hǝr zaman diqqǝt yetirǝcǝyimizi bildirmǝk istǝyirǝm. Müxalifǝt dǝ tǝnqidlǝrinin tǝsisedici olduğuna diqqǝt etmǝlidir.
Baş nazir Әhmǝd Davudoğlu yeni hökumǝtin etimad sǝsvermǝsindǝn keçmǝsindǝn sonra özünün “Twitter” sǝhifǝsindǝ yazıb ki, 64-cü Cümhuriyyǝt hökumǝti olaraq ali Mǝclis etimad göstǝrdi. Әn böyük tǝşǝkkürümüz, ǝn böyük zǝmanǝtimiz olan ǝziz millǝtimizdir.
Әdalǝt vǝ İnkişaf Partiyası olaraq biz bu bǝrǝkǝtli torpaqlara sadǝcǝ sevgi toxumları ǝkmǝyǝ gǝldik”-deyǝ vurğulayan Davudoğlu bildirib ki, Allah bizǝ 4 il müddǝtindǝ xeyirli işlǝr görmǝyimizi nǝsib etsin.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr