Davudoğlu:"Avropanın Türkiyǝyǝ baxışı dǝyişib"

Davudoğlu bildirib ki, Türkiyǝnin üzvlüyü mövzusunda ilk dǝfǝ İttifaqa üzv ölkǝlǝrin liderlǝrinin hǝmfikir olduqlarını gördüm.

396766
Davudoğlu:"Avropanın Türkiyǝyǝ baxışı dǝyişib"

Hǝftǝ sonu Brüsseldǝ keçirilǝn Avropa İttifaqı-Türkiyǝ zirvǝsini dǝyǝrlǝndirǝn Baş nazir Әhmǝd Davudoğlu bildirib ki, Türkiyǝnin üzvlüyü mövzusunda ilk dǝfǝ İttifaqa üzv ölkǝlǝrin liderlǝrinin hǝmfikir olduqlarını gördüm. Bu barǝdǝki psixoloji mühit tamamilǝ müsbǝt cǝhǝtdǝn dǝyişib.
28 ölkǝnin liderlǝrinin üzr göstǝrmǝdǝn zirvǝdǝ iştirak etdiklǝrinǝ diqqǝt çǝkǝn Baş nazir liderlǝrin Türkiyǝni kiçik belǝ olsa tǝnqid etmǝdiklǝrini söylǝyib.
Bundan sonra ildǝ iki dǝfǝ zirvǝ yığıncağı keçirilǝcǝyini qeyd edǝn Davudoğlu bildirib ki, ilk dǝfǝ Aİ-Türkiyǝ ǝlaqǝlǝrini bu sǝviyyǝdǝ güclü hiss etdim. Çıxış edǝrkǝn özümü xarici hiss etmǝdim. Onlardan biri kimi gördüm özümü. Bu, Türkiyǝnin çoxtǝrǝfli xarici siyasǝtinin bir nǝticǝsidir.
Viza rejiminin lǝğvi mǝsǝlǝsini dǝyǝrlǝndirǝn Baş nazir, bunun “geri qǝbul sazişi”nin ilk şǝrti olduğunu xatırladıb.
“Qaçaq Türk işçisi” deyǝ bir mǝfhum olmadığını deyǝn Baş nazir Türkiyǝnin tǝmin etdiyi iş imkanlarının Aİ-da belǝ olmadığını bildirǝrǝk vurğulayıb ki, 2016-cı ilin oktyabr ayında viza rejimi lǝğv olunacaq. Oktyabr ayında ümid edirǝm ki, konsulluqların qabağında keç hǝs gözlǝmǝyǝcǝk.
İslam dininin Avropa üçün güclü bir tǝhdid kimi görülmǝmǝsinin vacibliyini dilǝ gǝtirǝn Davudoğlu onu da deyib ki, avropalılar hansı islamı seçǝcǝklǝrinǝ özlǝri qǝrar verǝcǝklǝr. Türkiyǝnin tǝmsil etdiyi islamımı, yoxsa bǝzi radikal terror tǝşkilatlarının tǝmsil etdiyini söylǝdiyi dırnaqarası islamımı? DEAŞ necǝ bizi tǝmsil etmirsǝ PEDİGA da, Miloseviç dǝ xristianları tǝmsil etmir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr