Mehmet Görməz: "Tökülən qanlarda acgöz qüvvələrin heç qüsuru yox

Mehmet Görməz İqtisadi və Sosial araşdırmalar mərkəzinin İstanbulda təşkil etdiyi 24-cü müsəlman birliyi konqresində iştirak edib.

395411
Mehmet Görməz: "Tökülən qanlarda acgöz qüvvələrin heç qüsuru yox

Din İşləri üzrə İdarənin sədri Mehmet Görməz islam dünyasında baş verən acılara diqqət çəkərək,“Tökülən qanlarda xalqların və ölkələrin sərvətlərini talan edən acgöz qüvvələrin heç qüsuru yoxdurmu?” deyib.
Mehmet Görməz İqtisadi və Sosial araşdırmalar mərkəzinin İstanbulda təşkil etdiyi 24-cü müsəlman birliyi konqresində iştirak edib.
“İmperializm məngənəsində islam dünyası” adlı tədbirdə Mehmet Görməz bütün islam coğrafiyasında qan və göz yaşının hakim olduğunu və bunun daxildən və xaricdən qaynaqlandığını söyləyib.
Bu gün yaşadığımız bütün acıların, bəzilərinin dediyi kimi “fanatik dinadarlıqdanmı” qaynaqlandığını soruşan Görmez, “Çəkdiyimiz acılarda bütün dünyada müstəmləkiçilik, müstəmləkə düşüncəsinin günahı yoxdurmu?”deyib.
İraq və Suriyada baş verənlərə də toxunan Mehmet Görmez “Tarixən Dəməşq və Bağdat islam yolunun təmsilçisi olub. Bəzilərinin İŞİD, bəzilərinin DEAŞ dediyi qrup, din adı altında məsum insanların qanını tökmək üçün misilsiz bir vəhşilik həyata keçirir. Burada sadəcə insanlar qətlə yetirilmir. Tarix boyu ilmə-ilmə toxuduğumuz qardaşlıq düşüncəsi, bir-birimizlə yaşama əxlaqı və hüququ da mǝhv edildi” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr