Mǝsǝlǝ G20 sammitindǝ Әrdoğan tǝrǝfindǝn Putinǝ çatdırılmışdı
İbrahim Kalın Türkiyǝnin hava mǝkanını pozan Rusiyaya mǝxsus döyüş tǝyyarǝsinin düşürülmǝsini ABŞ-da dǝrc olunan mǝşhur “Huffungton post”un ǝrǝbcǝ yayımında dǝyǝrlǝndirib.
Cümhurbaşqanlığı sözçüsü İbrahim Kalın Türkiyǝnin hava mǝkanını pozan Rusiyaya mǝxsus döyüş tǝyyarǝsinin düşürülmǝsini ABŞ-da dǝrc olunan mǝşhur “Huffungton post”un ǝrǝbcǝ yayımında dǝyǝrlǝndirib.
İbrahim Kalın Rusiyanın daha öncǝ dǝ Türkiyǝnin hava mǝkanını pozduğunu vǝ bu vǝziyyǝtin Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan tǝrǝfindǝn Antalya da keçirilǝn G20 sammitindǝ Rusiya prezidenti Vladimir Putinǝ çatdırıldığını bildirib.
Sözçü iki liderin belǝ hadisǝlǝrin bir daha baş vermǝmǝsi barǝdǝ razılıq ǝldǝ etdiklǝrini vurğulayaraq bildirib ki, iki ölkǝ tarixǝ ǝsaslanan güclü ǝlaqǝlǝri sayǝsindǝ tǝyyarǝ böhranını hǝll edǝ bilǝr.
Rusiyanın Suriyadakı ǝmǝliyyatlarında Әsǝd rejiminǝ dǝstǝk olaraq mötǝdil müxalifǝti hǝdǝf götürmǝsini dǝ tǝnqid edǝn İbrahim Kalın deyib ki, mötǝdil müxalifǝtin hǝdǝf götürülmǝsi Әsǝd rejiminin vǝ DEAŞ-ın xeyrinǝdir. Dünyanın bu iki bǝladan xilas olması vacibdir.
Әlaqәli Xәbәrlәr
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...