Əhməd Davudoğlu: "Hadisələrə soyuqqanlı yanaşılmalıdır"

Baş nazir Əhməd Davudoğlu Türkiyənin öz sərhədlərini qorumasına Rusiyanın həssaslıqla yanaşmasının lazım olduğunu bildirib.

395207
Əhməd Davudoğlu: "Hadisələrə soyuqqanlı yanaşılmalıdır"

Baş nazir Əhməd Davudoğlu Türkiyənin öz sərhədlərini qorumasına Rusiyanın həssaslıqla yanaşmasının lazım olduğunu bildirib.
Davudoğlu, Brüseldə Avropa İttifaqı-Türkiyə zirvəsinə səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Vurulan rus təyyarəsi və Rusiya ilə yaşanan gərginlikdən danışan Davudoğlu, “Biz və Rusiya hadisəyə soyuqqanlı şəkildə yanaşarsaq, vəziyyətə nəzarət olunar” deyib.
Diyarbəkirdǝ vəkillər kollegiyasının sǝdri Tahir Elçinin ölümünə də toxunan baş nazir əsl cinayətkarın PKK olduğunu söyləyib.
Davudoğlu müxbir Can Dündar və Әrdem Gülün tutulması ilə bağlı suala isə , bu mövzuda höküməti günahlandırmanın doğru olmadığını qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr