Türkiyədə kruiz turizmi

Kruiz turizminin mərkəzi İstanbul və Quşadasıdır.

354804
Türkiyədə kruiz turizmi

Türkiyənin qarşıladığı hər 100 kruiz sərnişinindən 62-i İstanbul və Quşadası limanlarından istifadə edir.

Ötən ilin eyni dövründə 476 min 840 sərnişini qəbul edən İstanbul Limanı bu ilin eyni dövründə  571 min 891 sərnişinə ev sahibliyi etdi.

Quşadası Limanının qarşıladığı sərnişin sayı isə 535 min 464-dən 548 min 269-a yüksəldi.

İstanbul və Quşadasından sonra İzmir Limanı gəlir. İzmir Limanı 221 min 580 sərnişin qarşılayıb.

Türkiyənin qarşıladığı kruiz sərnişinin sayı bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % artaraq 1 milyon 803 min 503-ə çatdı.

"Tranzit" olaraq adlandırılan, bir günlük turistlərin və bu gəmilərlə gedən sərnişinlərin sayı isə 581 min 848-dən 2 milyon 240 min 776-ya yüksəldi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr